Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edib

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edib Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi altında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Gürcüstana səfər edərək, Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Respublikasının yaranmasının 100 illik yubileyləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirlərdə konsert proqramları ilə çıxış edib. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzində təşkil olunan tədbirin ilk günündə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyev, Gürcüstan hökumətinin nümayəndələri sözügedən tədbirlərin tarixi əhəmiyyəti haqqında ətraflı çıxışlar etdikdən sonra tədbir Xırdalan şəhər 11 illik musiqi məktəbi kollektivinin iştirakı ilə konsert proqramı ilə davam edib. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər qonaqlar məktəb kollektivinə uğurlar arzulamış və onlarla xatirə şəkli çəkdirmişdir. Yerli əhalinin və xarici turistlərin əsl istirahət mərkəzinə çevrilən ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda da təşkil olunan konsert proqramı maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edibAbşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edibAbşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edibAbşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edib

Oxşar xəbərlər