
Monoqrafiyada Səfəvilər dövründə Azərbaycanda kitab və kitabxana mədəniyyəti sahəsində aparılan islahatlar, dövlətin kitabçılıq işinə, kitabxana mədəniyyətinə münasibəti, eyni zamanda, Azərbaycanda kitabçılıq sənətinin tarixi inkişafına, kitabxanaçı peşəsinə, zəngin kitab fondlarının və onların multikultural repertuarının öyrənilməsinə dair elmi mülahizələr öz əksini tapıb.
Əsərdə orta əsrlər əlyazma kitab mirasının öyrənilməsi, qiymətləndirilməsi və yayılmasına dair ciddi tədqiqatlar aparılıb, həmçinin son tarixi mərhələlərdə kitab ticarəti və kitabxana mədəniyyəti sahəsində ənənələrin qorunub saxlanması kimi problemlər öyrənilib.
Tehsil-press.az