
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan formun mövzusu “Ekoloji problemlərlə mübarizədə həyata keçirilən tədbirlər ölkənin iqtisadi inkişafına töhfə verir.” ətrafında debatçılar müzakirələr aparacaq.
Keçiriləcək olan debat forumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək, ekoloji problemlər və onların təsirləri ilə bağlı məlumatlılığı artırmaqdır.
Forum hər komanda 3 nəfərdən ibarət olmaqla Azərbaycan və Rus bölmələri üzrə həyata keçəcək.
Tehsil-press.az