Azərbaycan Texnologiya Universitetində Azəralüminium MMC-nin dəstəyi ilə 2 auditoriya istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində Azəralüminium MMC-nin dəstəyi ilə 2 auditoriya istifadəyə verilib Azərbaycan Texnologiya Universitetində Azəralüminium MMC-nin dəstəyi ilə 2 auditoriya istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) I tədris korpusunda Azəralüminium MMC-nin dəstəyi ilə 2 ixtisaslaşmış auditoriya əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. "Azəralüminium" adı verilən bu auditoriyalardan biri 40, digəri 70 tələbə tutumludur. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin müasir auditoriyaları zəruri avadanlıqlarla təchiz olunub.

Bu auditoriyaların qurulmasına dair razılıq 2023-cü ilin 15 dekabrında əldə olunub. Qeyd edək ki, həmin tarixdə ATU tələbələri üçün Azəralüminium təqaüdü də təsis edilmişdi. Ümumiyyətlə, ATU ilə Azəralüminium arasında tədris, birgə kadr hazırlığı və elmi istiqamətdə sıx əməkdaşlıq həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər