
Məlumata görə, brakonyerliyə qarşı mübarizə və yemləmə fəaliyyətlərinə nəzarət etmək məqsədilə canlıların sıx olduğu ərazilərdə fotokamera tələləri quraşdırılıb.
Uludağ Milli Parkındakı kameraya 5 canavardan ibarət olan sürü yemək axtararkən əks olunub.
"Canavarlar Uludağ Milli Parkının zadəgan qonaqlarıdır. Baxışlarındakı nəciblik, duruşlarındakı əzəmət sayəsində onlara heyran qalmamaq mümkün deyil", - deyə idarənin sosial media hesabındakı paylaşımında bildirilib.
Tehsil-press.az