Prezidentdən Əhməd Əhmədzadə ilə bağlı SƏRƏNCAM

Prezidentdən Əhməd Əhmədzadə ilə bağlı SƏRƏNCAM Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, 2006-2021-ci illərdə Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. O, ötən ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər