
Bolsonaru bu barədə X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, andiçmə mərasiminə dəvət almaqdan şərəf duyub.
“Vəkilim doktor Paulo Bueno artıq nazir Aleksandr de Moraesə bu şərəfli və mühüm tarixi hadisədə iştirak edə bilməyim üçün pasportumu qaytarmaqla bağlı sorğu göndərib”, - Braziliyanın keçmiş prezidenti yazıb.
Qeyd edək ki, dövlət çevrilişinə cəhddə ittiham olunan Bolsonarunun pasportuna məhkəmə tərəfindən həbs qoyulduğu üçün Braziliyanı tərk edə bilmir.
Tehsil-press.az