Ruhanidən neft açıqlaması
İran neftinin ixracı yaxın vaxtlarda sanksiyalara qədərki dövrdə olan səviyyəyə çatdırılacaq. Bunu İran prezidenti Həsən Ruhani yeni seçilmiş parlament deputatlarının iştirakı ilə keçirilən konfransda deyib.
“Neft ixracı artıq yaxın vaxtlarda sanksiyalara qədərki dövrdə olan səviyyəyə bərabər olacaq, həmçinin beynəlxalq banklararası hesablamalar problemi də qismən öz həllini tapacaq”, – deyə o bildirib.Tehsil-press.az
- Baxış: 5328
Xəbərin tarixi: 09.05.2016 / 06:53
-
Oxşar xəbərlər