AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub

AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub “Hər il noyabr ayının 16-sı dünyada “Beynəlxalq Tolerantlıq Günü” kimi qeyd olunur. Bu ənənə 1995-ci il noyabrın 16-dan başlanıb. O zaman UNESCO-nun 185 üzv ölkəsi “Tolerantlıq prinsiplərinin izahı”ilə bağlı sənəd qəbul edib. Həmin tarixdən bu gün müxtəlif mədəniyyətlərin və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur.” Bu fikirləri “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə Azərbaycan Texniki Universitetində təşkil olunan tədbiri giriş sözü ilə açan Universitetin tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov səsləndirib. Prorektor bildirib ki, Azərbaycanda texniki elmlər sahəsində flaqman olan AzTU hər zaman tələbə tərkibinə görə beynəlmiləl universitet olub. Məhz xalqımıza məxsus olan tolerantlıq dəyəri həmin tələbələrin birgə təhsil almasına çox böyük təkan verib. İsa Xəlilov diqqətə çatdırıb ki, ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir.
Tədbirdə çıxış edən Bakı Tolerantlıq Mərkəzinin məsul işçisi Yadigar Məmmədov, AzTU-nun “İstilik energetikası” kafedrasının müdiri, Millət Vəkili Astan Şahverdiyev, "İctimai fənlər" kafedrasının müəllimləri, professor Qabil Hüseynli, dosent Əyyub Kərimli və digər natiqlər də tolerantlıqdan söz açaraq bu dəyərin müasir dünyanın üz-üzə qaldığı problemlərin həllində çox mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, bəzi cəmiyyətlərdə tolerantlıq olmadığı üçün həmin cəmiyyətlərdə ksenefobiya, irqçilik, islamafobiya kimi mənfi amillər hökm sürür.
Sonda qeyd edilib ki, Azərbaycanda müxtəlif dinlərin birgə yaşaması sahəsində böyük təcrübə mövcuddur və dünyada sülhün bərqərar olmasına töhfə vermək üçün bu təcrübənin digər xalqlarla paylaşılması son dərəcə vacibdir.

AzTU-nun Mətbuat Xidməti


AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunubAzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunubAzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub

Oxşar xəbərlər