TARİXDƏ BU GÜN - 25 FEVRAL

TARİXDƏ BU GÜN - 25 FEVRAL 1910-cu il. Bioloq alim, akademik İmam Mustafayevin doğum günü (1910-1997). İmam Mustafayev 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Azərbaycanda aqrar elmin inkişafında, elmi kadrların hazırlanmasında səmərəli xidmətlər göstərib, üzün illər Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutuna rəhbərlik edib. Bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
TARİXDƏ BU GÜN - 25 FEVRAL
1910-cu il. Tanınmış rəssam, milli teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev anadan olub (1910-1970). “Şah İsmayıl”, “Leyli və Məcnun", "Aşıq Qərib", "Koroğlu" kimi operalara verdiyi tərtibat Üzeyir Hacıbəyli tərəfindən yüksək qiymətləndirilib. Rüstəm Mustafayev Azərbaycan Dövlət Dram Teatrında baş rəssam işləyib. Onun Mirzə Cəlilin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında hazırlanan tamaşalara verdiyi tərtibatlar Azərbaycan teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələri sayılır.
TARİXDƏ BU GÜN - 25 FEVRAL
1919–cu il. Azərbaycan Xalq Cümhuriyyəti parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb. Ay yarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.
TARİXDƏ BU GÜN - 25 FEVRAL
1992-ci il. Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub. Yəmən Ərəb Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.

Tehsil-press.az

Oxşar xəbərlər