“Azərbaycan dendroflorası” kitabının üçüncü cildi 250-dən çox bitki növünü əhatə edir

“Azərbaycan dendroflorası” kitabının üçüncü cildi 250-dən çox bitki növünü əhatə edir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun rəhbərliyi ilə ardıcıl həyata keçirilən ekspedisiyaların və Azərbaycan dendroflorasının müasir vəziyyətinin monitorinqi əsasında “Azərbaycan dendroflorası” kitabının üçüncü cildi nəşr edilib.
“Azərbaycan dendroflorası” kitabının üçüncü cildində yerli və xarici floraya mənsub 25 fəsiləyə, 42 cinsə aid 254 növ ağac-kol bitkisinin yayılma arealları, ekologiyası və istifadəsi haqqında məlumat verilib. Cild Angiospermae (Örtülütoxumlular) şöbəsinə aid Legiminosae və ya Fabaceae (Paxlakimilər) fəsiləsindən Plumbaginaceae (Qurğuşunçiçəyikimilər) fəsiləsinə qədər olan bitki növlərini əhatə edir. Tədqiq olunan növlərin taksanomik tərkibi və təyinedici açarları A.Enqler-Prantl və 2009-cu ildə qəbul edilmiş APG III-IV sistemlərinə istinadla verilib, hərtərəfli təhlil olunub.
Kitab bioloqlar, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Təhsil-press.az

Oxşar xəbərlər