Rusiyanın görkəmli partiya və dövlət xadimi, Rusiya Federasiyasının birinci və yeganə dövlət katibi, sabiq Prezident Boris Yeltsinin əsas müttəfiqi, 2010-cu ildən Moskva Beynəlxalq Universitetinin politosofiya və fəlsəfə elmləri kafedrasının müdiri Gennadi Eduardoviç Burbulis Bakı Slavyan Universitetinin qonağı olmuşdur. Qonağı universitetin rektoru, professor Nurlana Əliyeva qarşılamış və universitetin Rusiya Fedarasiyasının ali məktəbləri ilə əlaqələrindən, tələbə-müəllim mübadilələrindən, BSU-da rus dili və ədəbiyyatının tədrisindən, universitetdə fəaliyyət göstərən Rusiya Mədəniyyət Mərkəzininn həyata keçirdiyi tədbirlərdən danışmışdır. O, hazırda BSU-nun Rusiyanın Federasiyasının 27 ali məktəbi ilə çox sıx əlaqələrə malik olduğunu, həmin ali məktəblərin bir çoxunda Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırmışdır. N.Əliyeva Bakı Slavyan Universitetində multikultural dəyərlərə xüsusi önəm verildiyini, tələbələrin humanist, insanpərvərlik ruhunda tərbiyə edilməsinin universitetin müəllim-professor heyətinin başlıca məqsədi olduğunu vurğulamışdır.
Gennadi Eduardoviç Burbulis ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin bərqərar olmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq, bu siyasətin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. O, BSU-da bütün slavyan dünyasının təmsil olunmasının Azərbaycanın Avropaya inteqrasiya prosesində ciddi əhəmiyyət kəsb etdiyini və qazanılan uğurlarda bunun xüsusi payı olduğunu dilə gətirmişdir. Qonaq Azərbaycan Respublikasının hazırda Qafqaz və Orta Asiya regionları ilə əlaqələrin siyasi və iqtisadi mərkəzinə çevrilməkdə olduğunu da qeyd etmişdir. G.E.Burbulis elm və texnologiyanın hazırkı inkişaf mərhələsində hər bir insanın planetimiz üçün narahatlıq keçirməyə borclu olduğunu qeyd etmişdir: “Ölkələr və xalqlar arasında dialoq və qarşılıqlı anlaşma başlıca şərtdir. Soyuq və qaynar müharibələr bəşəriyyəti fəlakətə sürükləyir, güc yolu ilə heç bir problemi həll etmək mümkün deyil”.
Qonaq 1991-ci ildə SSRİ-nin ləğv edilməsinə imza atarkən məhz məqsədlərinin müasir dünyada soyuq müharibələrdən, qarşıdurmalardan qaçmaq olduğunu bildirmişdir.
Görüşün sonunda G.E.Burbulis BSU-nun tələbələri qarşısında çıxış etmiş, dövlət katibi olduğu illərlə bağlı xatirələrini danışmış və tələbələri maraqlandıran sualları cavablandırmışdır.

BSU-nun Mətbuat Xidməti