İndoneziya adalarını sayacaq

İndoneziya adalarını sayacaq İndoneziya öz ərazisinin və ehtiyatlarının daha səmərəli müdafiəsi üçün adaların sayımını həyata keçirmək niyyətindədir.
Təhsil-press.az-ın məlumatına görə, 1996-cı ildə qəbul edilmiş qanuna görə, ölkədə adaların sayı 17508-ə bərabərdir.
Lakin bu rəqəm təxminidir və BMT tərəfindən təsdiq edilməyib.
Məlumatda qeyd olunur ki, adaların sayımının avqust ayında baş tutacaq BMT-nin coğrafi adların standartlaşdırılması üzrə konfransınadək başa çatması planlaşdırılır.
Qeyd edək ki, 2012-ci ildə keçirilmiş konfransda İndoneziya 13466 adanı qeydiyyata almışdı.

Təhsil-press.az

Oxşar xəbərlər