Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasının IV kurs tələbəsi Gülnar Babazadə İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüd Proqramı çərçivəsində İndoneziyanın Bali əyalətinin Denpasar şəhərində təcrübə keçir.
Gülnar Babazadənin buradakı fəaliyyəti yalnız İndoneziya dilini, Bali mədəniyyəti və incəsənətini öyrənməklə məhdudlaşmır. O, müxtəlif tədbirlərdə iştirak edərək Azərbaycan mədəniyyətini İndoneziyada təbliğ etmək üçün də təşəbbüs göstərir. Bu məqsədlə tələbəmiz 19-23 iyul tarixlərində Surabaya şəhərində keçirilmiş Həcc və Ümrə Beynəlxalq Turizm Sərgisi – “Amphuri Islamic Travel Expo”da ölkəmizi təmsil edib. Burada Gülnar tədbir iştirakçılarına Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti və təbiəti haqqında İndoneziya dilində geniş məlumat verib, ölkəmiz haqqında qısa videoçarx təqdim edib və sonda “Uzundərə” rəqsini ifa edib. Tələbəmiz çıxışının böyük maraqla qarşılandığını söyləyir: “Bu tədbirdə iştirakımı çox faydalı hesab edirəm, çünki İndoneziyada bir çoxlarının Azərbaycan haqqında məlumatı məhduddur və iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi üçün təbliğata böyük ehtiyac var. Ümid edirəm ki, ölkəmi yetərincə tanıda bildim”.

ADU-nun Mətbuat Xidməti