Çox vaxt millətin varlığının ən əsas amili kimi vətəni götürürlər. Doğrudur, millətin yaşaması və inkişafı üçün vətən əsas şərtdir. Amma millətin varlığı üçün vətən dil qədər önəmli deyil. Çünki millət vətənsiz yaşaya bilər, amma dilsiz millət olmaz. Vətənsiz xalqlar çoxdur, amma onlar dilləri sayəsində öz milli varlıqlarını qoruyub saxlaya biliblər. Müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin bizə əmanət edib getdiyi azərbaycançılıq ideyasının da təməlində ana dilimiz dayanır. Ümummilli Lider deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur... Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!”
Ulu Öndər Azərbaycan dilinin – dövlət dilinin qorunması, inkişaf etdirilməsi məqsədilə üç ildə beş mühüm sənəd imzalamışdı (18 iyun 2001-ci il, 4 iyul 2001-ci il, 19 aprel 2002-ci il, 30 sentyabr 2002-ci il, 5 yanvar 2003-cü il).
Bunu Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev Tehsil-press.az-a müsahibəsində deyib.
Professor A.Babayev bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də, habelə 2009-cu il iyunun 19-da dilimizin inkişafı üçün dərin məzmunlu və tarixi sərəncamlar imzalayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ana dilini həddən artıq sevir və hamıya nümunə olmaq üçün deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı Azərbaycan dilindən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq”.
Ulu Öndərin azərbaycançılıq ideyasının böyük davamçısı Prezident İlham Əliyev də bir çox dil bilməsi ilə yanaşı, öz ana dilinə dərin hörmət və məhəbbətini ifadə edərək deyib: “Müasir Azərbaycan ədəbi dili siyasi, ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim öz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti var”.
Ulu Öndərin sözünün davamı kimi aşağıdakı kəlamları da misal gətirmək olar: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri sırasında öz layiqli yerini tutmuşdur”.
Xalqımızın bəzi nümayəndələri dilimizin incəliklərini bilmədikləri üçün, “dil fərdi psixoloji aktdır” problemini unutduqları üçün ana dilini bəzən ikinci plana çəkir, 1-2 yaşından uşaqlarını qeyri-dildə danışdırırlar. Onlar unudurlar ki, uşağın psixolinqvistik mexanizmi 12 yaşadək formalaşır. Məhz bu dövrdən sonra uşaqlar qeyri-dili yaxşı mənimsəyə bilərlər. Ana dili bazası möhkəm olan insanlar poliqlot olurlar. Macar poliqlotu Kota Lomb deyirdi ki, mən 37 dildə sərbəst danışıram. Bu dillərin hamısını doğma macar dili bazasında öyrənmişəm. Bu problemi dünyanın bütün psixoloqları və linqvistləri təsdiq edirlər”.
Bizdə isə başqa dildən sözlər götürməyi, nitqi qəlizləşdirməyi savadlılıq əlaməti kimi qəbul edirlər. Bu problem Prezident İlham Əliyevi də düşündürür. O, hələ 2012-ci ilin aprelində respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Ağstafa şəhərindəki “Yazıçılar evi”ndə bölgə ziyalıları ilə görüşündə mənəviyyat və dil məsələlərinə toxunaraq demişdi: “Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə, ziyalılar, ədiblər, şairlər, eyni zamanda, nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün?! Axı bizim eyni məna daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dili bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər də yaxşıdır. Xüsusilə gənclərimiz. Həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir”.
Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qayğısına qalır, onun təmizliyi və saflığı uğrunda böyük əzmlə, cəsarətlə mübarizə aparır.
Dövlətimizin başçısının imzaladığı sərəncamlarda nitq mədəniyyəti məsələləri qətiyyətlə qoyulur. Buna görə də respublikamızın bütün ali məktəblərində “Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur. Müəllifi olduğum “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Amma hələ də bu fənnin mahiyyətini tam dərk etməyən adamlar onu nəzəri kurs kimi başa düşürlər. Əslində isə onu təcrübi şəkildə tədris etmək, tələbələrin mədəni nitq vərdişlərinə sahiblənmələrinə çalışmaq lazımdır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli Sərəncamı dilçilər qarşısında böyük vəzifələr qoyur. Bu Sərəncamın icrası istiqamətində cəsarətli, düşünülmüş və ciddi addımlar atılmalıdır. Məsələn, reklamlar yazılmazdan əvvəl xüsusi komissiya tərəfindən yoxlanılmalıdır. Bütün mağazaların önündə vurulan tablolar Azərbaycan dilində yazılmalıdır. Televiziya verilişlərinin aparıcıları Azərbaycan dili və nitq mədəniyyəti üzrə kurs keçməlidirlər. Bu və digər əməli tədbirlərin görülməsi nəticəsində ana dilimizin saflığının qorunmasına nail ola bilərik.

Hikmət Əliyev