REKTOR YUSİF YUSİBOV: 2018-Cİ İL KOLLEKTİVİMİZ ÜÇÜN YÜKSƏK NAİLİYYƏTLƏR İLİ KİMİ YADDA QALACAQ

REKTOR YUSİF YUSİBOV: 2018-Cİ İL KOLLEKTİVİMİZ ÜÇÜN YÜKSƏK NAİLİYYƏTLƏR İLİ KİMİ YADDA QALACAQ Gəncə Dövlət Universitetində (GDU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənə ilə qeyd edilib.
Bayram tədbirində çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açıb.
2018-ci ilin Azərbaycanın bütün sahələrdə dinamik inkişafı üçün uğurlu il olduğunu deyən Yusif Yusifov qeyd edib ki, bu il Gəncə Dövlət Universiteti üçün də yüksək nailiyyətlərə şərtlənib.
Belə ki, bu il universitetin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı daha da müasirləşdirilib, beynəlxalq əlaqələrinin coğrafiyası genişləndirilib. Ali təhsil müəssisəsinin yerli və xarici universitetlərlə birgə icrasına qoşulduğu beynəlxalq proqramların sayı artıb. GDU-da keçirilən fənn olimpiadalarının, musiqi festivallarının və idman yarışlarının hər biri yalnız universitet üçün deyil, həm də Gəncə üçün ümumşəhər tədbirinə çevrilib. Tələbələr universitet daxilində təşkil edilmiş yarışlarla yanaşı, bir çox yerli və beynəlxalq turnirlərdə, spartakida, universiada və çempionatlarda iştirak edərək uğurlu nəticələr göstəriblər. Elm-təhsil sahəsində, eləcə də ictimai və sosial həyatda qazanılan uğurlar bir çox sərgilərdə, həmçinin Büynəlxalq Təhsil və Karyera sərgisində nümayiş etdirilib.
Rektror qeyd edib ki, bu il Gəncə Dövlət Universitetinin 80 illik yubileyinin keçirilməsi universitet üçün ən əlamətdar hadisə olub. Təntənəli yubiley tədbirlərində həm respublikamızın, həm də dünyanın bir sıra elm, təhsil mərkəzlərinin rəhbərləri, görləmli alimlər və tanınmış ictimai siyasi xadimlər iştirak ediblər.
Yubiley günü qonaqlarla universitetin ən böyük sahəyə malik 5-ci tədris binasının istifadəyə verilməsi isə yubiley tədbirini daha da yaddaqalan edib.
Qeyd edilib ki, yeni tədris korpusunda müasir auditoriya və sinif otaqları, idman zalı ilə yanaşı ilk dəfə olaraq GDU-nun tarixini və bütün nailiyyətlərini özündə əks etdirən Muzey, Əlil Tələbələr üçün Mərkəz, Elektron Öyrənmə Mərkəzi, Aleksandra Düma adına Fransız-Azərbaycan Mədəniyyət Mərkəzi və Nuru Paşa adına Kitabxana yaradılıb.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin dünyanın fərqli coğrafiyalarında yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin yaradılması baxımından böyük əhəmiyyətə malik olduğunu deyən rektor bu tarixin bayram günü kimi qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.
Bildirilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
2018-ci ilin universitet kollektivi üçün yüksək nailiyyətlər ili kimi yadda qalacağını deyən rektor,2019-cu ildə qarşıda duran vəzifələrdən də söz kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bayram tədbirində 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən müəllimlərə fəxri fərmanlar təqdim olunub.
Bayram tədbiri universitetin istedadlı tələbələrinin ifasında səsləndirilən şən mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yadda qalıb.

GDU-nun Mətbuat Xidməti


REKTOR YUSİF YUSİBOV: 2018-Cİ İL KOLLEKTİVİMİZ ÜÇÜN YÜKSƏK NAİLİYYƏTLƏR İLİ KİMİ YADDA QALACAQREKTOR YUSİF YUSİBOV: 2018-Cİ İL KOLLEKTİVİMİZ ÜÇÜN YÜKSƏK NAİLİYYƏTLƏR İLİ KİMİ YADDA QALACAQREKTOR YUSİF YUSİBOV: 2018-Cİ İL KOLLEKTİVİMİZ ÜÇÜN YÜKSƏK NAİLİYYƏTLƏR İLİ KİMİ YADDA QALACAQREKTOR YUSİF YUSİBOV: 2018-Cİ İL KOLLEKTİVİMİZ ÜÇÜN YÜKSƏK NAİLİYYƏTLƏR İLİ KİMİ YADDA QALACAQREKTOR YUSİF YUSİBOV: 2018-Cİ İL KOLLEKTİVİMİZ ÜÇÜN YÜKSƏK NAİLİYYƏTLƏR İLİ KİMİ YADDA QALACAQ

Oxşar xəbərlər