Bəlkə də haqlıdırlar... Amma kim üçün yazırsan, nə üçün yazırsan? Sənin yazdıqlarını oxuyurlarmı? Sənin səsinə hay verən tapılacağmı, həyacan təbilinə qoşulan olacağmı? Əslində, bu gün yazılmalı, deyilməli o qədər mövzular var ki...
Etiraf edək ki, biz oxuyan xalq deyilik. Heç olmamışıq da. Sovet dönəmində- kitab, qəzet, jurnalın qəpiyə satıldığı zamanda da biz digər respublika əhalisi ilə müqayisədə ən az mütaliə edən xalq olmuşuq. Bu gün vəziyyət daha ciddidir və sabahımız, gələcəyimiz olan uşaqlarımızı birmənalı şəklində deyərdim, mütaliədən uzaqlaşdirmişiq. Səbəb kimi isə texniki inkişafı- interneti, kompüteri, mobil telfonu və s. göstəririk. Təzəcə məktəbə qədəm qoyan uşaqlarımıza kitab yox, xətri xoş olsun deyə, bahalı mobil telefon alıb cibinə qoyuruq. Bir sözlə, elm, təhsil, maariflənmə, mənəvi -mədəni tərəqqi sanki bizə yasaq edilib. Bizi daha çox var - dövlət, milyonlarla dəyərləndirilən mülk, əmlak, nə bilim, nələr, nələr düşündürür. Fürsətkən daha çox talamaq, oğurlamaq , aparmaq....
Uzun illər Azərbaycan mətbuat salnaməsində özünə laiqli yer tutan "Zəka" jurnalı redaksiyasının rəhbəri olmuşam. Müstəqillik illərində çalışırdıq ki, jurnalın nömrələrində tariximizin, mədəniyyətimizin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək yüksək profesionallıqla yazılmış materialların dərcinə daha çox yer verək. Tanınmış alimlərdən ibarət müəlliflər qrupu yaratmışdıq. Gənclərə dissertasiya mövzuları verirdik. Azərbaycanın sayılıb - seçilən, görkəmli alimlərindən bir çoxu bu gün də "Zəka" jurnalını minnətdarlıqla xatırlayır. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Kamil Əliyev (Allah ona rəhmət eləsin ) bir dəfə qəribə bir müqayisə apardi: "Bu jurnal Şuşanı geri almaq qədər mühüm işlər görür..." Bununla belə, 90- cı illərin sonunda ciddi maliyyə çətinliyindən "Zəka"nin nəşri dayandırıldı. Bütün əlaqədar təşkilatlara, bir sıra nazirlik və idarələrə müraciət etsək də jurnala dəstək verən olmadı... Azərbaycanda bu gün uşaq ədəbiyyatına çox böyük ehtiyac var. Klassiklərimizi çıxsaq, deyə bilərik ki, uşaq ədəbiyyatı yox dərəcəsindədir. Buna müvafiq, uşaqlar üçün milli təfəkkür bünövrəsində cizgi filmləri də yoxdur. Balalarımıza fransız, ingilis, rus dillərindən dublyaj edilmiş filmlər göstəririk. 20 ildən çoxdur ki, məktəbəqədər yaş qruplu uşaqlar və aşağı sinif şağırdləri üçün tərtib elədiyim kitabın əlyazması, çoxseriyalı cizgi filminin ssenarisi qoltuğumda gəzir. Hara müraciət edirəmsə, kimə deyirəmsə,- "sən nə danışırsan, pul hardadır... " -cavabını verirlər. Ancaq hansı naziri, komitə və icra başçısını qaldırırsan, altından milyonlar yox, milyardlar çıxır. Böyük ədibimiz Sabir demişkən - "çalxalandıqca, bulandıqca zaman, yağı yağ üstə gedir, ayranı ayranlıq olur..."

Səyadulla Kərimli