ABŞ Dövlət Departamentinin dəstəyi ilə Georgetown Universitetinin Uşaq və insan əlilliyi mərkəzinin tədris direktoru, professor Toby Long Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin professor-müəllim və tələbə heyətinə mühazirə oxudu. İlk olaraq professor-müəllim heyəti üçün təşkil olunmuş “5 yaşa qədər uşaqlarda davranış və xarakter pozğunluqlarının təyin olunması” adlı mühazirədə ekspert bildirdi ki, ABŞ-da 30 il əvvəl əlilliyi olan uşaqların xüsusi ehtiyaclarını və onların ailələrini nəzərə alan sistem yaradılmışdır. Bu sistemin əsasını 5 elementin (xidmətlər göstərilərkən ailələrin cəlb edilməsi, təbii mühit, uşaqlara qayğı göstərilərkən qrup şəklində onlarla bağlı qərarların verilməsi, uşaqların fərdi xüsusiyyətləri və ailələrinin ehtiyacları nəzərə alınmaqla fərdi proqramların hazırlanması, elmi-tədqiqat nəticələrinə əsaslanan üsulların istifadəsi) təşkil etdiyini vurğulayan xanım Long daha sonra iştirakçıların suallarını cavablandırdı.
Günün ikinci yarısında tələbələrlə keçirilən görüşdə mütəxəssis əqli gerilik və inkişaf ləngiməsi olan uşaqların mənəvi tələbatlarının müəyyən olunması, davranış pozuntuları, hiperaktivlik, diqqət dağınıqlığı və bu kimi problemlərin aradan qaldırılması yolları, həmçinin kiçik yaşlı uşaqların zehni sağlamlığı haqqında təcrübələrini bölüşdü.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi