ADNSU-da əvvəlki illərin məzunları ilə görüş olub

ADNSU-da əvvəlki illərin məzunları ilə görüş olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əvvəlki illərin məzunları ilə görüş keçirilib.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı 2018-2019-cu tədris ilinin nəticələri, əldə olunan nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, ADNSU-da bilikli və bacarıqlı mütəxəssislər hazırlanması üçün səmərəli tədbirlər reallaşdırılır.
Son dörd ildə universitetdə görülən işlərdən, yeni layihələrdən danışan rektor diqqətə çatdırıb ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələr ilə əməkdaşlıq bundan sonra daha da geniş şəkildə davam etdiriləcək.
ADNSU-nun kafedra müdiri, Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov ölkəmizin təhsil müəssisələrində, o cümlədən ADNSU-da aparılan təhsil islahatlarının əhəmiyyətindən bəhs edib.
ADNSU-nun məzunları - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, idman ustası, polis polkovnik-leytenantı Hicran Şərifov Azİİ-dəki tələbəlik illərini, müəllimlərini yad edib, xoş xatirələrini bölüşüblər.
Əvvəlki illərin məzunları universitetdə aparılan islahatları, qazanılan uğurları izlədiklərini qeyd edərək, müəllim və tələbələrə nailiyyətlər arzulayıblar.
Tədbir konsert proqramı ilə başa çatıb.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-da əvvəlki illərin məzunları ilə görüş olubADNSU-da əvvəlki illərin məzunları ilə görüş olubADNSU-da əvvəlki illərin məzunları ilə görüş olub

Oxşar xəbərlər