“Repetition in discourse” adlı kitab işıq üzü görüb

“Repetition in discourse” adlı kitab işıq üzü görüb Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədov, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov və Cəmilə Rəsulovanın müəllifi olduqları “Repetition in discourse” adlı kitab işıq üzü görüb.
Almaniyanın LINCOM GmbH nəşriyyat evində çap olunan kitab 93 səhifədən və 2 hissədən ibarətdir. Nitqdə təkrar olunmaya həsr olunan kitabın I hissəsində təkrar olunmanın mətn funksiyalarından, II hissəsində təkrar olunmanın idrak funksiyasından danışılır.
Təkrar olunma mətn linqvistikası, nitq analizi, dilçilikdə praqmatik ədəbi araşdırma, ritorika və psixoloji tədqiqatların perkspektivi baxımından geniş şəkildə tədqiq olunub. Bu araşdırmalar daha çox xüsusi nitq növü və ya janrında təkrar olunmanın xüsusi funksiyasının üzərində cəmlənib.
Bu araşdırma ayrıca bir sosial-idrak yanaşması ilə prioritetləşdirilən nitqin törənməsində və emalında fərdi, subyektivlik və biliyin rolunu daha yaxşı başa düşməyə kömək edə bilər.
Kitab təkrarların linqvistik assosiativ xüsusiyyətlərini, onun insan davranışını motivləşdirən koqnitiv xüsusiyyətlərinin tədqiqinə həsr olunub. Təkrarın idraki fəallığını stimullaşdıran metaforanın psixolinqvistik xüsusiyyətlərinin təhlili kitabda öz əksini tapıb.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər