Alqoritmlər insanları öyrətməyə başlayırlar
Ötən həftə dünyanın ən məşhur robot texnoloqlarından biri, Osaka Universiteti yanında “Intelligent Robotics” laboratoriyasının direktoru Xirosi İsiquronun 54 yaşı tamam oldu. İsiquro insanabənzər robotların yaradılması ilə məşhurlaşıb. Bəli, inanmayacaqsınız, ancaq söhbət məhz insanabənzər robotlardan gedir. Onun ərsəyə gətirdiyi silsilə robotlara “Geminoid” adı verilib.
“Geminoid”lər müxtəlif sahələrdə tətbiq olunur. Məsələn, teatrda, reklam çəkilişlərində və bizim üçün maraq mənbəyi olan müxtəlif spektrli təhsil layihələrində. İsiquronun sözlərinə görə, əsas məqsədi insanabənzər robotları insan fəaliyyətinin ən müxtəlif sferalarında sınamaqdır.
Müasir insan həddindən çox “yüklənib”
Süni intellekt və robot texnologiyası sürətlə gündəlik həyatımıza müdaxilə edir. Elə bir gün yoxdur ki, alqoritmlərə qazandırılan hansısa yeni bacarıq haqqında xəbər tutmayaq. Bəli, hələlik insan robota bacarıqlar aşılayır. Bir az sonra isə çox güman ki, belə olmayacaq. Maraqlana bilərsiniz: axı necə olacaq? Bu barədə az sonra.
Süni intellekt problemi təhsil üçün maraq kəsb edən ən öncül problemlərdən birinə çevrilir. Axı, qlobal robotlaşma əsrində yeni nəslə köhnə təhsil sistemi ilə nə verə bilərik? Alqoritmlər insan həyatının ən müxtəlif sahələrində tətbiq olunduğu kimi, təhsilin də süni intellektin müdaxiləsi olmadan keçinəcəyini düşünmək sadəlövhlük olardı. Ən azı bu fakta görə: İsiquronun kəşf etdiyi robotlar gələcəyi gözləmək niyyətində deyillər - onlar artıq indidən universitetdə tələbələrə mühazirə oxuyurlar!
Yapon alimin sözlərinə görə, işi çox olduğundan bir müddət əvvəl qərara gəlib ki, özünə bənzər robotlar hazırlasın və onlara müxtəlif vəzifələr həvalə etsin. Yəni, iş çoxdur, vaxt isə azdırsa, robotları öz əvəzinə həmin məsələlərin həllinə yönəltsin. Hazırda 3 belə robot mövcuddur. Onlardan ikisi İsiquro boydadır, biri isə yalnız başdan ibarətdir. Hər üçünün başı alimin başının tam oxşarıdır. Onların necə, hansı materialdan hazırlandığı və s. bu kimi suallar artıq başqa araşdırma mövzusudur. Reallıq isə budur: inanmayacaqsınız, ancaq robotlardan biri universitetə gedib İsiquronun əvəzindən tələbələr qarşısında mühazirə oxuyur. Yazımızın əvvəlində qeyd etmişdik ki, hələlik insan robota nəyisə öyrədir. Bax, gələcəkdə robotlar bizə dərs deyib, savad və bilik öyrədəcəklər.
Alimin düşündüyünə görə, bu yenilik olduqca xeyirlidir. Çünki müasir insan həddindən çox “yüklənib” və bütün problemlərin həlli üçün bəzən 24 saat yetərli olmur.
Kimin ki, özünəbənzər robotu var, onu müxtəlif işlərin dalınca yollamaq olar. Çox güman ki, belə maşınlar kütləvi istehsal edilib satışa buraxılandan sonra ilk müddət yüngül işlər dalınca göndəriləcəklər. İsiquro hesab edir ki, belə robotlar ola bilsin, dünyanın fərqli yerlərində birmənalı qəbul olunmasın, ancaq Yaponiyada bu kəşf reallığın tələbatlarından irəli gəlir. Söhbət nədən gedir? Yaponiyada çox ciddi demoqrafik problem mövcuddur və hesablamalara görə, yaxın 50 il ərzində əhalinin sayı təqribən iki dəfə azalacaq. Gələcəkdə belə robotlar yaşlı əhaliyə xidmət məqsədilə istifadə edilə bilər. Əhalinin azalması ilə əlaqədar olaraq hazırkı yüksək səviyyəli həyat tərzini robotların hesabına təmin etmək mümkündür.
Süni intellektin biotexnologiyalar və tibb elmində istifadəsi ilə əlaqədar olaraq futuroloqlar insan ömrünün uzanacağını proqnozlaşdırırlar. Yəni, insanların ölümünə səbəb ola biləcək xəstəliklər və genetik qüsurlar qabaqcadan aşkar olunub ortaya çıxarılacaq və vaxtından əvvəl ölüm halları azalacaq. Təbii ki, insan ömrü uzanacaq. Təsəvvür edin ki, elə vaxt olacaq 100-120 yaşlı insanların parklarda, həyətlərdə asudə vaxtlarını keçirmələri səhnəsi hamı üçün adiləşəcək. Bu səbəbdən güman olunur ki, gələcəyin peşələri sırasında ahıl şəxslərə qulluq edən personal xüsusilə dəyərləndiriləcək. Özü də söhbət sadə qulluqdan getmir. Belə işçilər kulinariya, dietologiyadan tutmuş psixologiyayadək hər şeydən xəbərdar olacaqlar. İsiquro isə əmindir ki, bu işi də robot insandan yaxşı görə biləcək.
Robot müəllim
İsiquro istəyir ki, robotların təhsil prosesində tətbiqi genişlənsin. Onun fikrincə, istehsal etdiyi “geminoid”lər tək tələbələrə deyil, uşaqlara da nələrisə öyrədə bilər:
“Uşaqlar üçün hərəkətli robotlar düzəltmək olar. Bu, körpələr üçün şən və maraqlı ola bilər. Universitetlərdə isə sakit, təmkinli və ağıllı robotlar işləyər. Mən hesab edirəm ki, androidlər bir sıra işlərdə insandan effektiv olacaq. Məsələn, autizmdən əziyyət çəkən körpələrə qulluq sahəsində. Belə uşaqlar insanlarla ünsiyyətdə əziyyət çəkirlər. Robotlar isə onlara inkişaf etməkdə çox kömək edə bilərlər”.
Hazırda Yaponiyada orta və yaşlı nəsil üçün xarici dil öyrənmək çox çətindir. İsiquronun laboratoriyası belə bir problemi araşdırmağa cəhd göstərib: məsələn, ingilis dili müəllimi işində daha çox effekt verir, yoxsa onu əvəzləyəcək robot? Belə bir nəticə hasil olub ki, robotlar insanları daha tez və keyfiyyətlə xarici dildə danışmağa öyrədə bilərlər. Səbəb sadədir - insan robotla xarici dildə sərbəst danışır, müəllimlə isə utanır. Üstəlik, robotlar 24 saat dayanmadan işləyə bilir və səhvə yol vermirlər.
Daha bir maraqlı məqam. Robotları elə proqramlaşdırmaq olar ki, onlar da insan kimi düşünə bilsinlər. Alqoritmlər artıq bizim kimi danışa bilirlər. “Məsələn, mənim düşüncələrim surətim olan robota köçürülür. Mən öləndən sonra da kimin nə sualı varsa və mənim cavabımı almaq istəyirsə, robota müraciət edə bilər. Beləliklə, biz ağıllı, müdrik adamların surətini yaratmaqla onlardan gələcəkdə də nələrisə öyrənə bilərik” - deyən İsiquro bununla belə, etiraf edir ki, özündən sonra surətlərini saxlamaq fikrində deyil.
Bizi daha yaxşı anlayacaq, bizə oxşayacaqlar
İsiquronun robotları ən müxtəlif işlərdə tətbiq olunurlar. Məsələn, onlardan restoranlarda ofisiant, otellərdə qeydiyyat pəncərəsində işləyən əməkdaş, hətta teatrda rol ifaçısı kimi yararlanmaq olar. Bir az mürəkkəb “geminoid”lər də var. Məsələn, onlardan biri 30 dildə danışa və tərcümə edə bilir. Bunu hansı insan bacarar?
“Mənim robotlarımdan hətta televiziyada da istifadə edirlər. Ancaq onların bazarı hələ də məhdud olaraq qalmaqdadır” - deyə X.İsiquro “şikayətlənir”. Problem həm də bundadır ki, belə robotlar çox baha başa gəlirlər: “Mənim surətim 100 min dollaradır. Ancaq bu, minimal qiymətdir. İnsanabənzər robotların qiyməti orta hesabla təqribən 300-400 min dollar olacaq. Hazırda şirkətlərin belə vəsaitləri olmadığından, onlar işə insanları götürməkdə davam edirlər”.
“Adətən insanlar sübut eməyə çalışırlar ki, robotlardan ağıllıdırlar. Ancaq məsələ burasındadır ki, robotlar daha çox informasiya və bilik saxlamağı bacarırlar və bu keyfiyyətlərinə görə insanlardan üstündürlər. İnsan isə konseptual düşünə, filosof ola bilir. Robot bunu bacarmır. Onun üçün ən çətini insan mimikasını təkrarlamaqdır, bunu etmək çox çətindir” - deyə İsiquro söyləyir.
Yapon alimin ən böyük arzusu budur: ixtira etdiyi robotlar emosiyalı olsunlar: “Əgər biz buna nail olsaq, onlar bizi daha yaxşı anlayacaq, bizə oxşayacaqlar. Bu məqsədlə mən son işlərimdə neyron şəbəkələrindən istifadə edirəm. Nəzəri cəhətdən biz onları sevməyə də öyrədə bilərik. Təcrübədə isə bu, çətindir. Bunun üçün ona xüsusi kod yazılmalıdır, ancaq hətta insan üçün məhəbbətin dəqiq izahı, şərhi yoxdur. Ona görə də robotu sevməyə məcbur etmək hazırda mümkünsüz işdir”.
Robotlardan o qədər danışılır və yazılır, kinolar çəkilir ki, bəzilərimiz onlardan qorxmağa da başlamışıq. Gah eşidirik gəlib işlərimizi əlimizdən alacaqlar, gah da oxuyuruq ki, insan tarixinin sonuna çıxacaqlar. İsiquro deyir qorxmayın: “Robot əlinizdəki smartfon kimidir. Ona belə yanaşın. İnsanlar həmişə yeni və naməlumdan qorxurlar. Ancaq robotlardan və texnologiyadan qorxmağa ehtiyac yoxdur. Əksinə, onlar bizim həyatımızı asanlaşdırır, daha məhsuldar və effektiv olmağımıza köməklik edirlər. Robotların gəlişindən ehtiyat etməməliyik. Filmlərdə gördükləriniz fantaziyaların məhsuludur. Gələcəyimiz heç də belə olmayacaq. Robotlar sadəcə olaraq kompüterlərin davamıdır. Kompüterlə işləmək istəmirsənsə, söndürürsən. Robotla da belə olacaq”.

Rüstəm QARAXANLI