Qaradağ rayonunda ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Azərbaycan Rus icmasının sədri Mixail Zabelin və YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Şura üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar ulu öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb.
RİH başçısı dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirib. Siyasi varisliyin təməlini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktual olduğunu, Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin etmişdir. Ümummilli liderimizin inkişaf strategiyasını inamla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olub.
Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub. Eyni zamanda bu il 14 iyul tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmasının 50 illiyi qeyd olunacağı barədə məlumat verib. Deputat bilavasitə ümummilli liderin rəhbərliyi altında işlədiyini, hakimiyyətinin ilk dövrlərində belə ümumittifaq dövlətlərində böyük nüfuza sahib olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan daha da qüdrətlənib. Bu gün Azərbaycan daxili və xarici siyasətini müstəqil müəyyənləşdirən azsaylı ölkələrdən biridir.
YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin üzvü Aydın Hüseynov Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirib. Deputat bildirib ki, ölkənin iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin ərəfədə bu məsələnin reallaşacağı çox paradoksal görünürdü. Çünki biz iqtisadiyyatın güclü olmasından yox, zəif iqtisadiyyatdan və onun aradan qaldırılmasından danışa bilərdik. Həmin dövrdə o, Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Deputat əlavə edib ki, ulu öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir: “Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev xalqımız qarşısında əvəzsiz tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Azərbaycanın bugünkü inkişafı məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bəhrəsidir. O öz çıxışında Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov tədbiri yekunlaşdıraraq qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib.
Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.
Tehsil-press.az