“Bu gün xəbərlərə baxanda Əli İnsanovla müxalifətin “zirvə görüşü” barədə bir məlumata rast gəldim. Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah?”
Bu sözləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov qeyd edib.
Müxalifət partiyalarının 5 noyabrda keçirdiyi dəyirmi masa haqqında fikirlərini bildirən Mənsimov sözlərinə belə davam edib: “Bu şəkildə mübarizələrini elan edirlər - eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər? Qətiyyən kimisə təhqir etmək fikrində deyiləm, amma kənardan baxanda dərhal görünür ki, iqtidar gəncləşərkən müxalifət yaşlanır. Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsəydi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleləri ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi “ağır topa” çevrildimi?! Mən heç bir zaman rəhmətlik babamın dediklərini unutmamışam. Hər zaman deyərdi ki, bir dəfə satqınlıq edən hər dəfə səni də satar.
Masadakı “zirvə” toplantısını aparanlara bir sözüm var: nə edirsiz edin, Azərbaycanı parçalamayın. “Bu yerazdı, bu naxçıvanlı, o talışdı, o biri bakılıdı” deyib qardaşı qardaşa qırdırmayın. Unudursuz cənablar: bizim bir düşmənimiz var. O da faşist ermənilərdir!”
Tehsil-press.az