Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrə yaxın təbii qaz hasil edilib.
Bunu Bakıda "Baker Hughes" tərəfindən təşkil olunan "Energy Forward" neft-qaz texnologiyası tədbirində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bu gün işlənmədə, lakin ehtiyatları tükənmək üzrə olan yataqlarımızın sırasına yüz illərlə tarixə malik "Bibiheybət", "Balaxanı", "Suraxanı" kimi yataqlar var. Bu yataqlar yüksək su tərkibli olmasına baxmayaraq hələ də məhsuldar laylara malik, aqressiv korroziya və eroziya mühiti ilə səciyyəvi yataqlardır.
R.Abdullayev onu da əlavə edib ki, bura ağır neftli qeyri-ənənəvi yataqlar, sahilə yaxın yerləşən dayazsulu və özünəməxsus xüsusiyyətlərə malik olan “Bahar”, “Qərbi Abşeron” yataqları, nəhəng “Neft Daşları”, “Səngəçal-Düvannı-Xərə Zirə” yataqları, “Günəşli” yatağının dayazsulu hissəsi və nəhayət “Bulla”, “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi son dərəcə çətin, yüksək təzyiqli və yüksək temperaturlu yataqlar da daxildir.
Tehsil-press.az