Maltanın Baş Naziri Cozef Muskat istefaya gedib.
O, jurnalist Dafne Karuan Qalizianın öldürülməsi ilə əlaqədar istintaq ətrafındakı qalmaqala görə vəzifəsini tərk edib.
Baş Nazir bir ay əvvəl yanvar ayında istefa edəcəyini açıqlamışdı. Bundan əvvəl ölkədə onun istefasını tələb edən etiraz aksiyaları keçirilib. Fəallar Muskatın Caruana Qalizianın qətlini araşdırmasından narazı idilər. Belə ki, jurnalistin nəşrlərində Muskatın da adı hallanırdı.
Hakim partiya Maltanın sabiq Baş Naziri Corc Abelin (2009-2014-cü illər) oğlu Robert Abeli yeni hökumət başçısı seçib.
Qeyd edək ki, Qalizia korrupsiya ilı bağlı araşdırmalar aparırdı. 2017-ci ildə jurnalist sükanı arxasında olduğu avtomobilin partladılması nəticəsində həlak olub.
Qətl hadisəsinə görə üç nəfər artıq həbs olunub. Ötən ilin sonunda məşhur maltalı iş adamı Yorqen Fenek də cinayətə qarışmaqda şübhəli bilinərək həbs edilib.
Tehsil-press.az