Azərbaycan Universitetində “Könüllülər ili” çərçivəsində tədbirlər planı icra olunacaq

Azərbaycan Universitetində “Könüllülər ili” çərçivəsində tədbirlər planı icra olunacaq Prezident İlham Əliyevin 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycan Universitetinin müvafiq sahədə tədbirlər planı təsdiq olunub.
Fəaliyyət planına uyğun olaraq il ərzində könüllü fəaliyyətinin təşviqi ilə müxtəlif tipli layihələr həyata keçiriləcək, tədbir və görüşlər, bilik və idman yarışları təşkil olunacaq. Könüllü tələbələrin təşəbbüslərinin dəstəklənməsi və stimullaşdırılması məqsədilə müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli Sərəncamı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədini daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər