Məşhur italyan səyyah və ədib Pietro della Vallenin 1620-ci ildə qələmə aldığı "Türk dilinin qrammatikası" (Azərbaycan dilinin orijinal qrammatikası) əsəri bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə çap olunub. Bu, türkologiya, Azərbaycan dilçiliyi və dünya şərqşünaslığı baxımından xüsusi önəm daşıyır. Azərbaycan dilinin orijinal qrammatikasını italyan dilindən Azərbaycan dilinə professor İdris Abbasov və fəlsəfə doktoru Günel Bayramova çeviriblər.
Tehsil-press.az bu kitab haqqında Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun qeydlərini təqdim edir.
İdris Abbasov və Günel Bayramovanın "Pietro della Vallenin "Türk dilinin qrammatikası"nın (Azərbaycan dilinin orijinal qrammatikası) tərcümə, tədqiq və şərhi" kitabı Azərbaycan dilçiliyində tərcümə, tədqiq və şərhin sintezindən ibarət ikinci böyük əsərdir. Xatırlatmaq yerinə düşər ki, İdris Abbasov 2014-2017-ci illərdə hələ Mirzə Kazımbəyin Azərbaycan dilinin ilk elmi qrammatikasının əks olunduğu "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiq və şərhi" monoqrafiyası üzərində işləyərkən M.Kazımbəydən əvvəl türk-Azərbaycan dilinə dair yazılmış qrammatika əsərlərindən bəhs edib, tədqiqatın gedişində F.Arcenti (1533), P.Ferraquto (1611), G.Miqiza (1612), eləcə də Pietro della Valle (1620) və onlarca digər Qərb dilçilərinin adlarını sadalayıb, onların bəzilərinin qrammatika kitablarının özəlliyi haqqında müxtəsər məlumatlar verib.
Avropaya türk dilinin gəlişi türklərin Balkan yarımadasında yerləşməsi, Osmanlı imperiyasının qurulması və onun Qərbin ən yaxın sərhədlərinə qədər kök salması mərhələsinə təsadüf edir. Məhz tarixi hadisələrin belə inkişafı bu mərhələyə qədər bir növ diqqətdən kənarda qalan türk dilinin əhəmiyyətini xeyli dərəcədə artırırdı. Artıq Avropa türk dilinin hegemon olduğu yeni bir reallıqla hesablaşmaq məcburiyyətində qalırdı. Əlbəttə, ilkin mərhələdə bu prosesin kütləvi şəkildə baş verdiyini demək olmaz. Çünki hələ səlcuqlardan başlayaraq Yaxın Şərqə doğru irəliləyən türk tayfaları (bunların içərisində oğuz qrupuna aid olan salurlar, bayatlar, bayandırlar, qaramanlar və s. var idi) özləri də müxtəlif ləhcələrdə danışırdı. Şərqşünas, türkoloq Aleksandr Samoyloviç qeyd edirdi ki, günümüzə gəlib çatan türk ədəbi dilinə aid əsərləri XIII-XIV yüzilliklərə aid etmək olar. Öz mənafeyi naminə Osmanlıya xüsusi "diqqət" göstərən, Aralıq və Qara dəniz hövzəsində özünəməxsus mövqeyə malik Venesiya Respublikası bir-birinin ardınca öz elçilərini şərq kəşfiyyatlarına yönəltmişdir. Bu baxımdan bir tərəfdən Qafqaz sərhədlərində yaranan Ağqoyunlu dövləti və onun hökmdarı Uzun Həsənin sarayına, digər tərəfdən Konstantinopola "Top Qapı"ya göndərilən Venesiya elçilərinin orta əsr əlyazmalarında türk-Azərbaycan, ərəb-fars mənşəli ifadələrin əks olunması maraq doğurur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, türklər ərəb dilini öyrənməyə üstünlük verirdilər. Bu onlara təkcə heyrətamiz nəcib dildə yazılan Quranı oxumaq üçün deyil, həm də müxtəlif elmləri öyrənmək məqsədilə lazım idi. Ona görə də ərəb dili müdriklərin yazdığı kitabların oxunması üçün latın dili qədər vacib idi.
Avropada türk-Azərbaycan dilinin ilk qrammatikasını yazan şəxs messinalı italyan keşişi Pietro Ferraquto olub. Onun "Grammatica Turchesca" əsəri türk-Azərbaycan dilinin qrammatikasına dair Qərbdə nəşr olunan ilk kitab sayıla bilər. Lakin o əsər dünya miqyasında ilk deyil. Çünki hələ XIII-XIV əsrlərdə qıpçaq türkcəsində sözlük qrammatikalar yazılıb. İtalyan P.Ferraqutonun bu kitabı Qərbdə Şərq dilləri qrammatikasına aid yazılan kitabların beşincisidir. Şərq dillərinə dair yazılan ilk dörd kitab bunlardır: 1505-ci ildə Ərəb dilinin Əndəlus ləhcəsi, 1506-cı ildə ibranicə, 1548-ci ildə qədim həbəşcə, 1554-cü ildə siryanicə. Sadaladığımız bu kitablar türk-Azərbaycan dili qrammatikasının pionerləri sayılır və mətn baxımından çox önəmlidir. Xorvat əsilli Batolemeo Georgiyeviç adında bir macəraçı Qanuni Süleyman zamanında 1526-cı ildə Mohaç savaşında əsir götürülmüş, 13 il Anadolu və Suriyada qaldıqdan sonra öz yurduna qayıdaraq Böyük Varadin şəhərində Dərviş Çələbi adında bir şəxslə din haqqında diskussiyalar aparmış, sonra topladıqlarını 1522-ci ildə türklərin adət və ənənələri haqqında latınca kitab şəklində ortaya qoymuşdur.
XVI-XVII əsr İtaliyasında yaşamış Pietro della Valle dövrünün məşhur səyyahı, Şərq ölkələri üzrə ekspert, hüquqşünas, musiqiçi, ədib olmuş, ən müxtəlif elm sahələrindən baş çıxarmışdır. Bundan əlavə, Valle latın, yunan, ispan, fars, ərəb, qibti, gürcü və s. kimi bir çox dilləri səthi də olsa, bilmiş, müxtəlif ekspedisiyalarda iştirak etmişdir. Valle dövründə elə şöhrət qazanmışdır ki, Roma Papası VIII Urban dini məsələlərdə ondan məsləhətlər alırdı. Ədibin müxtəlif mədəniyyətlərə yanaşması çox vaxt linqvistik müstəvidə ortaya çıxır. Bir xalqı tanımaq, təhlil etmək üçün Valle ilk növbədə bu xalqın dilindəki sözlərin etimologiyasını, onların tələffüz xüsusiyyətlərini, insanların kommunikativ bacarıqlarını öyrənməyi arzu edir və bunu mühüm şərt kimi irəli sürürdü.
"Türk dilinin qrammatikası" Pietro della Vallenin çoxcəhətli yaradıcılığında nakam, nəşrinə qovuşdurulmamış, "səsi boğulmuş" bir əsər kimi tarixin arxivində qalmışdır. Əsərin çapı italyan aristokratın əbədi arzusuna çevrilmişdir. Onu XX əsrin birinci yarısında italyan şərqşünas Ettori Rossi elm ictimaiyyətinə tanıtsa da, əlyazmanın çapına təşəbbüs etməyib. E.Rossiyə elə gəlirdi ki, əsərin məzmunu və strukturu lazımınca işlənməyib, yaxud Konstantinopol türkcəsi və Persiyada danışılan türk dili ilə fərqliliklərə az diqqət yetirilib və nümunələr azdır. Fikrimizcə, kitab tarixi baxımdan dərin məzmuna və struktura malik olub həmin dövrdə türk dilinə dair qələmə alınan əsərlərlə müqayisədə təkmildir, burada praktiki nümunələrlə yanaşı, nəzəri müddəalar da mövcuddur.
P.Bitenholz, Vallenin türk dilini, onun ləhcələrini və xüsusən də Səfəvilər dövlətinin saray dili olan Azərbaycan dilini səlis bilməsini qeyd edərək "Qrammatika" əsərinin hələ də işıq üzü görməməsinə təəssüf edir. Bəzi Avropa şərqşünasları Səfəvi imperatorluğunda üstün mövqeyə malik Azərbaycan dilinin öyrənilməsi üçün Vallenin "Türk dilinin qrammatikası" kitabına ehtiyac olduğunu bildirirlər. Orta əsr Qafqaz ərazilərində və xüsusən Azərbaycan ərazisində mövcud olan bu dil formasının öyrənilməsi baxımından Vallenin "Qrammatika" əsəri əvəzsiz mənbədir.
Təqribən bir il ərzində İstanbulda qalaraq türk dilini öyrənməyə başlayan italyan aristokrat Pietro della Valle bir neçə il sonra həmin dilin qrammatikasını qələmə almağa başlayır. O, "Türk dilinin qrammatikası" əsərini 1620-ci il sentyabrın 8-də İsfahanda yazıb başa çatdırıb. Della Vallenin səyahət etdiyi yerlərdə rastlaşdığı müxtəlif dünya dillərinə dair mülahizələri, xüsusən yazdığı "Türk dilinin qrammatikası" əsəri ədibin dilçilik görüşlərini səciyyələndirir.
Araşdırmalar nəticəsində məlum olur ki, Pietro della Vallenin qələmə aldığı "Türk dilinin qrammatikası" əsəri Səfəvilər dövlətində, ələlxüsus, orduda xüsusi imtiyaza malik aborigen türk mənşəli qızılbaşların danışdığı dilin qrammatikasıdır. Valle qeyd edirdi ki, sarayda və daha savadlılar arasında məhz bu dildə (qızılbaşların dilində – N.C.) danışılırdı.
Tədqiqatçı-müəlliflər tərcümə, tədqiq və şərh prosesində XII-XIII əsrlər İspaniyasında missioner fransisklər və dominikanlar mühitində ərəb dilindən latın dilinə tərcümə olunan əsərlərin linqvistik keyfiyyətini ətraflı araşdırıb, Kanon Papa sarayı nəzdində Paris, Oksford, Boloniya və Salamankanın ümumi elm sahələri ilə yanaşı, yunan, ərəb və siryani dili kafedralarının təsis olunması haqqında məlumatları dəqiqləşdiriblər. Məlum olur ki, Florensiya Şurası zamanı şərq dilləri əlyazmalarının IV Papa Yevgeni Kondulmerə təqdim edilməsi Vatikan Kitabxanasının Şərq kolleksiyasının nüvəsinə çevrilmişdir.
Monoqrafiyada təsbit olunur ki, o dövrdə dilçilik baxımından şərqşünaslıq araşdırmalarının əsasında yəhudi və ərəb dili qrammatikalarının yazılması dayanırdı. Türk-Azərbaycan dilinə dair qrammatikalar ərəb və latın dillərinin qrammatik modellərinə əsaslanırdı. Tərcümə, tədqiq və şərhdə Valleyə istinad olunaraq türk-Azərbaycan dilinə dair qrammatika kitablarının yazılması üçün ərəb dilini bilməyin önəmi dəfələrlə vurğulanıb, hətta fonetikanın ərəb dili qrammatikası ilə sıx bağlı olduğu əyani surətdə göstərilib. XIV əsrin başlanğıcında Əcurrum adı ilə tanınan mərakeşli dilçi Məhəmməd əs-Sanhacinin məşhur "Müqəddimə" əsəri ilk dəfə 1592-ci ildə "Grammatica arabica in comppendium redacta, quæ vocatur Giarrumia" adı altında Romada latın dilində nəşr olunub. Bundan başqa, T.Erpeniusun "Ərəb dili dərsləri" (1620) kitabı kiçik həcmli olsa da, dövrünə görə çox aydın və səlis yazılıb, dəfələrlə alman, fransız və digər dillərə tərcümə edilib. Qərbdə şərq dillərinə dair ilk qrammatika əsərləri yazanlar sırasına Pyer d'Alkala, Giyom Postel, Qavriel Sionita, Martellotto, Pyer Metossita, Qadaqnoli və digərlərinin adlarını daxil etmək olar. Pietro della Valleyə qədər, ayrıca qeyd etdiyimiz kimi, türk-Azərbaycan dilinin qrammatikasına dair xeyli əsərlər qələmə alınıb, nəşr edilib və tədris olunub. Həmin əsərlər barəsində "Tərcümə, tədqiq və şərhdə" müvafiq surətdə bəhs olunub.
Əlbəttə, Della Vallenin XVII əsrin əvvəllərində italyan xalq danışıq dilində yazdığı əlyazmanın spesifik üslubu, oxunmasındakı çətinliklər tədqiqatçıları bu işdən çəkindirməyib və onlar bu işin öhdəsindən layiqincə gəlməyi bacarıblar. Vallenin əlyazmasında o dövr üçün xarakterik olan və dünya dillərinin qrammatikalarından əxz olunaraq Azərbaycan dilinin qrammatikasına tətbiq edilən bir sıra orijinal və mürəkkəb terminlər mövcuddur. Məsələn, Vallenin dəfələrlə işlətdiyi "quiescente", "vocalazione", "dimonstrativo", yaxud feillərdən bəhs edən beşinci kitabda türk dilində sadə primitiv, sadə derivativ, mürəkkəb primitiv və mürəkkəb derivativ feil istilahları. Vallenin işlətdiyi terminlərin, konstruksiyaların mənasını dəqiqləşdirmək üçün tədqiqatçı-alimlər müxtəlif dillərdə olan mənbələrə baş vurub, onların bildirdiyi mənanı mükəmməl şəkildə izah ediblər.
İtalyan aristokrat əlyazmada Cambattista Raymondonun adını tez-tez çəkərək fonetika və orfoqrafiya məsələlərində, demək olar ki, əsər boyunca onun "Ərəb əlifbası" kitabına istinad edir. Ona görə də tədqiqatçı-şərhçilər Raymondo haqqında daha ətraflı araşdırma apararaq, şərq dillərini dərindən bilən kremonalı missionerin dilçilik görüşləri haqqında geniş məlumat əldə ediblər. Aydın olur ki, Qavriyel Sionita yazdığı qrammatikada Raymondo və Erpeniusun ardınca gedərək ərəb dilində fəthəni "e" kimi transliterasiya edib. Əlbəttə, türk dilini mükəmməl bilən Raymondo bu dilin leksika və qrammatikasından fars dilini öyrənmək üçün istifadə edirdi. O, həmçinin İstanbuldan əsir alınaraq gətirilmiş Paolo Orsininin də köməyindən yararlanıb.
Təqdim olunan monoqrafiya türk dillərinin morfoloji modifikasiyalarını öyrənmək baxımdan da önəm daşıyır. Əlyazmada bəhs olunan feil növləri, şəkilləri, müxtəlif konstruksiyalar və s. tədqiqatçı-alimlər tərəfindən nəzəri və müqayisəli dilçilik baxımından araşdırılır, müəyyən qənaətlərə gəlinir. Valle türk və Azərbaycan dilləri arasındakı fərqlilikləri ortaya qoyur. Müqayisədə üstünlüyü ikinciyə verir.
XVII əsrin əvvəllərində labial saitlərin ahəngi təkamül edirdi. Della Vallenin əsərini araşdırdıqda məlum olur ki, türk dilinin şərq dialektində labial, qərb dialektində isə qeyri-labial formaya üstünlük verilib. O, bəzi tarixi-linqvistik məqamlara toxunaraq çox vaxt Azərbaycan dilinin tələffüz formasına öz şəxsi rəğbətini ifadə etmişdir. Müəllif yazır ki, türk dilində istər isim, istərsə də sifət formasında sonu [vav] ilə bitən sözlərə çox rast gəlinir. Valleyə görə, "Şərq türklərindən hesab olunan tatarlar, skiflər və fəth etdikləri Persiya imperiyasına aid ərazilərin ordusunda xidmət edən, uzun illərdən bəri bu ərazilərdə yaşayan və bu gün Qızılbaşlar adlanan türklər antik dövrdən sözlərin şəkli xüsusiyyətini saxlayaraq yazıldığı kimi oxuyurlar. Lakin Konstantinopol və Aralıq dənizi sahillərində yaşayan Qərb türkləri hesab edirlər ki, bir çox cəhətdən onlar öz dillərini yeniləmiş və gözəlləşdirmişdirlər". Lakin Valle şərq türklərinin (azərbaycanlıların) tələffüz formasını daha təbii və orijinal sayır.
İstər Andre dü Ryenin 1633-cü ildə Parisdə latın dilində çap olunmuş "Rudimenta Grammatices Lingua Turcica" (Türk dili qrammatikasının əsasları) kitabçası, istərsə də Don Françesko Maria Maccionun 1643-cü ildə geniş və izahlı şəkildə latın dilində nəşr etdirdiyi türk dilinin qrammatikasına dair kitabı yüksək qiymətləndirən Vallenin qələmə aldığı "Qrammatika" əsəri bir çox cəhətləri ilə hər iki müəllifin əsərindən üstündür. Bu barədə araşdırmaçı Ettori Rossinin fikirləri ilə tamamilə razılaşmaq olar. Təvazökar və səmimi bir elm adamı kimi Vallenin hər addımda özünə tənqidi yanaşmasının şahidi oluruq.
Vallenin əsərinin strukturuna gəlincə, o, yeddi kitabdan ibarətdir. "Müdrik oxucular" üçün türk dilinin faydalılığı haqda giriş hissədən sonra birinci kitab gəlir. Bu hissə hərflər, oxu qaydaları, üç əsas dilin əlifbası, məna, transliterasiya və tələffüzünə həsr olunub. Pietro della Valle bu haqda müfəssəl bəhs etmək niyyətində olmadığını, çünki fonetika və orfoqrafiya haqqında Covan Battista Raymondonun aydın və mükəmməl məlumatlar verdiyini söyləyir.
İkinci kitab qısa paraqraflardan ibarət nitq hissələri, adlar, cins, say və hallardan bəhs edir. Daha sonra adların və sifətlərin səs sonluğuna görə hallanma fərqləri verilir. Ayrıca bir başlıq müqayisə və üstünlük dərəcələrinə həsr olunub. Bu bölmədə tədqiqatçılar modistlərin nitq hissələri təlimindən ətraflı bəhs edərək bu barədə müəyyən təsəvvür yarada bilmişlər. Çünki Vallenin nitq hissələri bölgüsü müasir dilçilik baxımından bir qədər fərqlidir. Burada ədədlərə və saylara daha çox diqqət yetirilib, ərəb və yəhudi əlifbasından istifadə etməklə sayların ifadəsi, yəhudi numerologiyası qeyd edilib. Bu hissədə astrologiyaya aid çoxlu məlumatlar, ezoterik rəqəmlər və tarixlər haqqında məlumatlar var.
Üçüncü kitab şəxs, işarə, yiyəlik əvəzlikləri və nisbi əvəzliklərdən bəhs edir. Valle əvvəlcə sadə və mürəkkəb əvəzliklərin üzərində dayanır. O, sadə dedikdə mən, sən, biz, siz və s., düzəltmə dedikdə mənim, sənin, bizim, sizin və s. kimi əvəzlikləri nəzərdə tutur. İşarə əvəzliklərinə və nisbi əvəzliklərə sadə əvəzliyin bir növü kimi baxır, yiyəlik əvəzliklərini (mənim, sənin, onun və s.) isə düzəltmə əvəzliklərə aid edir. Tədqiqatçı-alimlər Vallenin türk dilindəki yiyəlik əvəzliyinin adi hallanma qaydasına müvafiq dəyişməsi fikrini irəli sürməsini haqlı olaraq orijinal hesab edirlər.
Dördüncü kitabda feillərdən danışılır. Feillər sadə və ya mürəkkəbliyindən asılı olmayaraq, ya primitiv, ya da düzəltmə olurlar. Sadə primitiv feillər bir sadə sözdən ibarət olub bir təsdiq hərəkəti bildirir. Bu feillər ya aktiv, ya da neytral olur.
Beşinci kitab "Sadə derivativ feillər" adı altında feillərdən bəhs edir. Burada sadə primitiv feillər, sadə derivativ feillər, mürəkkəb primitiv feillər, mürəkkəb derivativ feillər kimi maraqlı qrammatik hadisələrin şahidi oluruq.
Altıncı kitab zərflər, sözönülər, nidalar, bağlayıcılardan bəhs edir. Zərflərdən sonra sözönülər başlığı gəlir. Sonra nidalar, bağlayıcılar gəlir. Bu hissədən başlayaraq Valle daha çox türk dilinin nidalarla zəngin olmasına diqqət yetirir.
Yeddinci və axırıncı kitab "Konstruksiyalar haqqında" adlanır, söz birləşməsi və cümlə quruluşuna həsr edilib. Della Valle burada ad və əvəzlik, feil, feili sifət, zərf, nida və bağlayıcı kimi qrammatik kateqoriyaların hər birinə aid müəyyən sayda "qaydalar" təqdim edərək sintaksislə bağlı müəyyən izahlar verir.
Tədqiq və şərh prosesində Vallenin sadaladığı dil faktlarına nəzəri və müqayisəli dilçilik müstəvisində yanaşma tərzi sonadək davam etdirilir. İstər fonetika və morfologiya, istərsə də sintaksis bölmələrinə verilən şərhlər Müasir Azərbaycan dilinin tarixi-müqayisəli aspektdə araşdırılması üçün mühüm dəlillər ortaya qoyur.
Pietro della Vallenin səyahətnamələrindən çıxış edərək XVII əsrin əvvəllərində Səfəvilər sarayında təmiz Azərbaycan dilində danışan Şah Abbasa dair, eyni zamanda, Albaniya şəhəri Bakı, Xəzər dənizi, müalicəvi əhəmiyyəti olan Bakı nefti haqqında maraqlı məlumatlar verilib, Azərbaycan tarixi haqqında mühüm məqamlara toxunulub.
"Pietro della Vallenin "Türk dilinin qrammatikası"nın (Azərbaycan dilinin orijinal qrammatikası) tərcümə, tədqiq və şərhi" kitabı türkologiya, Azərbaycan dilçiliyi, dünya şərqşünaslığı və ümumi dilçilik baxımından önəm daşıyır.
Oxuculara təqdim olunan kitab türk-Azərbaycan dili tarixi mütəxəssisləri, şərqşünaslar, dilçi-filoloqlar, dil nəzəriyyəçiləri, türkoloqlar, hətta romanşünaslar üçün qiymətli mənbədir. Bu mənbədən ən müxtəlif profilli dilçi-tədqiqatçılar, tarixçilər və etnoqraflar faydalana bilərlər. Ana dilimizin orijinal qrammatikasına dair yazılmış bu nadir əlyazma tarixin arxivində az qala yaddan çıxacaqdı. Dörd yüz il sonra yenidən canlandırılan bu əsər Azərbaycan dilinin tarixən beynəlxalq ünsiyyət vasitəsi olması faktını bir daha sübut edir. Biz də, öz növbəmizdə, milli-mədəni sərvətimizin tərkib hissəsi olan bu tarixi mənbəni yüksək səviyyədə araşdırıb elm ictimaiyyətinin istifadəsinə təqdim edən tədqiqatçı-alimlərə təşəkkürümüzü bildirir, onlara bol nailiyyətlər arzulayırıq.
Beləliklə, İ.Abbasov və G.Bayramovanın "Pietro della Valle. Türk dilinin qrammatikası (Azərbaycan dilinin orijinal qrammatikası): tərcümə, tədqiq və şərh" adlı monoqrafiyası Azərbaycan dilçiliyinə, dünya şərqşünaslığına və Azərbaycan – İtaliya dostluğuna dəyərli töhfədir.
Tehsil-press.az