Yaponiyada yaşayan həmyerlimiz, maye kristal displeylər sahəsində tanınmış mütəxəssis Xəlil Kələntər “Displeylər həftəsi-2020” beynəlxalq virtual simpoziumuna qatılıb.
Beş gün davam edən simpozium çərçivəsində keçirilən sessiyalar zamanı dünyanın məşhur şirkətlərinin, elmi-tədqiqat müəssisələrinin nümayəndələrinin 400-dən çox məruzəsi təqdim olunub. “Displeylər həftəsi -2020”də əsas diqqət digər sahələrdə informasiyanın əks olunmasının daha sürətli həlli problemləri üzrə üç əsas istiqamətə yönəlib. Buraya əlavə edilmiş reallıq, virtual reallıq və qarışıq reallıq (AR/VR/MR), displeylər üçün maşın təhsili və nəşr displeyləri daxil edilib. Simpoziumda müzakirələr əsasən bu 3 istiqamət üzrə təqdim edilən məqalələrin üzərində qurulub.
X.Kələntər qeyd edib ki, bundan əlavə, bir çox sahələri əhatə edən və getdikcə artan tələbat müqabilində digər xüsusi mövzular da simpoziumun gündəliyinə əlavə edilib. Buraya aktiv matritsa displeyləri, tətbiqi görmə (insan və avtomobil faktoru), avtomobil displeyləri və HMI, displey elektronikası, displeylərin istehsalı, ölçülməsi, əksetdirmə sistemləri, yeni texnologiyalar və əlavələr, elektron kağız və çevik displeylər, sensor ekranlar və digər aktual mövzular daxil edilib. Bununla yanaşı, beynəlxalq tədbir zamanı xüsusi mövzularda sessiyalar da təşkil olunub.
Rəhbərlik etdiyi qrup tərəfindən simpoziumda təqdim olunan məqalə barədə məlumat verən X.Kələntər bildirib ki, “Global Optical Solutions” şirkətinin tədqiqatlar mərkəzi adından hazırlanmış məqalə maye kristal displeylərin arxa fon işıqlarının tədqiqinə həsr olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Həmyerlimiz əlavə edib ki, simpoziuma təqdim edilən və displeylərin tədqiqi, hazırlanması, tətbiqi, qiymətləndirilməsi və istifadəsi ilə əlaqədar olan məqalələr tədbirin təşkilatçısı qismində çıxış edən İnformasiya Displeyləri Cəmiyyəti (SID) tərəfindən mükafatlandırılıb.
Tehsil-press.az