“BOS Şelf” MMC-nin dəvəti ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda bir neçə universitetin rektoru ilə şirkətin rəhbərliyi arasında işgüzar görüş keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və ali məktəbin bir neçə əməkdaşı iştirak edib.
Tədbirə dəvət olunan universitetlər hazırda tələbələri “BOS Şelf” MMC-də təcrübə keçən ali təhsil müəssisələridir. Belə ki, ADNSU ilə yanaşı, tədbirdə Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti də təmsil olunub.
“BOS Şelf” MMC-nin direktoru İxtiyar Axundov bildirib ki, hazırda şirkətin fəaliyyətində tam müasir proqramlar icra olunur. O deyib: “Fəaliyyətimizdə ixtisaslı azərbaycanlı kadrların olması çox önəmlidir. Odur ki, universitetlərlə əməkdaşlığa dəyər veririk. Azərbaycanlı mütəxəssislər çoxaldıqca “BOS Şelf” MMC və digər böyük şirkətlər mütəxəssis üçün xaricə müraciət etməyəcək və yerli kadrlara üstünlük verəcək”.
İ.Axundov hazırda ADNSU-nun müəssisədə istehsalat təcrübəsi keçən 10 tələbəsindən də söz açıb, onların savadlı və hazırlıqlı gənclər olduğunu deyib. Bildirilib ki, universitetlərdən olan tələbələrin yüksək səviyyədə təcrübə keçməsi üçün şirkətdə hər bir imkan yaradılıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə tədris və təhsilin müasir çağırışlara, zamanın tələbinə uyğun təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün ölkəmizin iqtisadiyyatı çoxşaxəlidir və yüksək sürətlə inkişaf edir. Ona görə də təhsil müəssisələri iqtisadiyyatın bütün sahələri üçün lazım olan kadrların vaxtında yetişdirilməsini təmin etməlidir. Savadlı mütəxəssis, bacarıqlı mühəndis yetişdirmək üçün təkcə baza təhsili kifayət etmir. İstehsalat müəssisələri ilə universitetlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələri qurulmalıdır, tələbə universiteti bitirənə kimi həm nəzəri, həm də praktiki olaraq ixtisasına tam sahib olmalıdır.
Professor M.Babanlı diqqətə çatdırıb ki, ADNSU çoxsaylı şirkətlərlə əməkdaşlıq edir, tələbələrin nəzəri bilikləri dərindən mənimsəməsi ilə yanaşı, təcrübə keçmələrinə də xüsusi önəm verilir. Tədris müddətində tələbələr müvafiq olaraq istehsalat təcrübəsi, fərdi təcrübə və ilboyu təcrübə keçirlər ki, bu da onların mütəxəssis kimi formalaşmasında xüsusi rol oynayır.
Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Xəzər Universitetin rektoru, dosent İradə Xəlilova istehsalat müəssisələrinin kadrlarla təmin olunmasında ali məktəblərin üzərinə böyük məsuliyyət düşdüyünü, şirkətlərlə təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini bildiriblər.
Sonda professor M.Babanlı şirkətdə təcrübə keçən ADNSU-nun tələbələri ilə söhbət edib, onlara uğurlar arzulayıb.
Tehsil-press.az