İdarəetmə Sistemləri İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

İdarəetmə Sistemləri İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb İdarəetmə Sistemləri İnstitutunda onlayn formatda magistrantların qış imtahan sessiyası başlayıb.
Kompüter elmləri və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə I kursda təhsil alan 4 magistrant, riyaziyyat, kompüter elmləri və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə II kursda təhsil alan 10 magistrant sessiya imtahanlarında iştirak edir. I kurs magistrantlar 8, II kurs magistrantlar isə 16 imtahan verəcəklər.
Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan karantin rejimi nəzərə alınaraq imtahanlar "Zoom" platforması üzərindən keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər