Son günlər dünyanın aparıcı media orqanlarının diqqəti yenidən gərginləşməkdə olan Qərb-Rusiya münasibətlərinə cəlb edilib. Belə ki, Baydenin hakimiyyətə gəlməsindən sonra Vaşinqton-Moskva və Brussel-Moskva münasibətlərində artıq yeni çalarlar görünməkdədir. Rusiyada Navalnının həbsi Qərbin bu ölkəyə sanksiyalarının növbəti dəfə tətbiqinə gətirib çıxarıb. Belə ki, martın 2-də əvvəlcə Avropa İttifaqı Rusiyanın bir sıra güc strukturlarının rəhbərlərinə sanksiya tətbiq edib. Onlar içərisində Baş prokuror İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikin, Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov və “Rosqvardiya”nın rəisi Viktor Zolotovun adı var.
ABŞ Maliyyə Nazirliyi isə Rusiyanın 7 rəsmisinə sanksiya tətbiq edib. FTX direktoru Aleksandr Bortnikov, Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Baş prokuror İqor Krasnov, Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov, Müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko, Pavel Popov və Kremlin Daxili Siyasət İdarəsinin rəhbəri Andrey Yarin sanksiyaya məruz qalıb.
ABŞ Ticarət Nazirliyi də sanksiyalara qoşularaq 9-u Rusiyada, 3-ü Almaniyada, 2-si İsveçrədə olmaqla bir neçə kompaniyanı “qara siyahı”ya salıb. Bundan başqa, Rusiyanın 3 elmi araşdırma mərkəzinə də sanksiya tətbiq olunub. Öz növbəsində, Moskva sanksiyalara cavab verəcəyini bildirib.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Rusiyada insan haqlarına riayət olunması məsələsində, xüsusən də Aleksey Navalnı ilə bağlı məsələdə Brüssel və digər müttəfiqləri ilə sıx əməkdaşlıq etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ bu problemlərə "təcili prioritet" statusu verir.
Təbii ki, Qərbin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi bu ölkədəki insan haqları və ya hər hansı bir müxalifətçinin həbsi ilə bağlı deyil. Artıq bir neçə ildir ki, geosiyasi qarşıdurma fonunda ayrı-ayrı mövzular kontekstində Moskvaya ən müxtəlif sanksiyalar tətbiq edilməkdədir. Məqsəd Kremlin xarici siyasət davranışına təzyiq göstərmək və ABŞ-ın Rusiyanın yaxın coğrafiyasındakı xarici siyasətinə Moskva tərəfindən edilən maneələrin aradan qaldırılmasıdır.
Göründüyü kimi, ABŞ Rusiyaya qarşı müxtəlif təzyiq formalarından, o cümlədən sanksiya tətbiqindən istifadə edilməsində israrlıdır. Bu isə o deməkdir ki, Tramp dövründən fərqli olaraq, bu dəfə Vaşinqton Moskva ilə münasibətlərdə geriyə çəkilmək fikrində deyil.
Əslində, bütün bunlar gözlənilən idi. ABŞ-ın yeni prezidenti Co Bayden seçki kampaniyası zamanı və inauqurasiya mərasimindən sonrakı dövrdə ölkəsinin dünyanın siyasət məkanına geri dönəcəyi mesajını vermişdi. O, Ağ Evin beynəlxalq siyasət məkanında ABŞ-ın itirdiyi bütün mövqeləri tədricən geri qaytaracağını bəyan edirdi.
Bəzi analitiklərin fikrincə, indi ABŞ və Rusiya arasında geosiyasi mübarizədə münaqişə nöqtələri kimi Bjezinskinin “Böyük şahmat löbhəsi” əsərində göstərdiyi Ukrayna, eyni zamanda Qara və Xəzər dənizləri regionları olmalıdır. Təsadüfi deyil ki, bir qədər əvvəl ABŞ prezidenti Co Bayden Krımın Rusiyaya ilhaqının 7-ci ildönümü münasibətilə Kremlə sərt mesajlar verib. Bayden rəsmi Vaşinqtonun Krımı heç vaxt Rusiyanın bir hissəsi olaraq tanımayacağını bildirib. O, “Krım Ukraynaya məxsusdur. ABŞ heç vaxt Rusiyanın Krımı ilhaq etməsini tanımayacaq və bu məsələlərdə Ukraynanın yanında olacaq. Ukraynadakı hüquq pozuntularına görə Rusiyanı məsuliyyətə cəlb etməyə çalışacağıq. ABŞ hələ də Ukraynanın sözünə inanır və biz ölkələrinin dinc, demokratik və firavan gələcəyi üçün çalışanların hamısını dəstəkləyirik”, - deyə qeyd edib.
Təbii ki, Vaşinqton və Moskva, Qərb və Rusiya arasında gərginləşən münasibətlər Cənubi Qafqaz regionunda da hegemon dövlətlərin mübarizəsinin sürətlənməsinə gətirib çıxaracaq. Bu vəziyyətdə Azərbaycanın beyin mərkəzləri “soyuq müharibə”nin yeni mərhələsi fonunda regionumuzda baş verən son proseslərin nə dərəcədə sabit və dayanıqlı olacağı haqqında təhlillər aparmalıdırlar. Gürcüstanda və Ermənistanda müxalifətlə iqtidar arasında davam etməkdə olan küçə mitinqləri və hakimiyyətlərin dəyişilməsinə cəhdlər yaxın həftələr ərzində dünyanın iki vacib qütbündən dövlət maraqlarının həlli üçün çevik qərarlar tələb edəcək.
Fevralın sonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstanla NATO arasında hərbi əməkdaşlığın artması Dağlıq Qarabağdakı vəziyyətə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, Gürcüstan və NATO liderlərinin 2020-ci ildə Brüsseldəki görüşlərindən sonra əməkdaşlığa NATO-Gürcüstan tədbirlər paketi əlavə olunub və 2021-ci ildə döyüş hazırlığı tədbirlərinin sayının artırılması barədə razılıq əldə edilib. Paketə, həmçinin, alyans gəmilərinin Gürcüstan limanlarına səfərlərinin sayını artırmaq və Gürcüstan Silahlı Qüvvələrini NATO standartlarına çatdırmaq üçün Tiflisə maliyyə yardımının göstərilməsi daxildir. "Bu hərbi fəaliyyət Qafqazdakı gərginliyin qorunmasına və regional təhlükəsizlik səviyyəsinin azaldılmasına kömək edəcək”, - deyə KTMT-nin Birləşmiş Qərargahın rəisi bəyan edib.
Anatoli Sidorovun açıqlaması Moskvanın regionla bağlı gələcəkdəki mümkün hədəflərini bəlli edir. Bu isə o deməkdir ki, Qara dənizin şərq sahillərində NATO-nun güclənməsi ehtimalı qarşılığında Rusiya üçün Abxaziya, Cənubi Osetiya və Ermənistandakı hərbi-siyasi varlığını daha da möhkəmləndirmək əsas məqsədlərdən biri olacaq.
Hadisələrin bu istiqamətdə cərəyan edəcəyi təqdirdə bölgədə yeni ittifaqların qurulması əsas məsələlərdən biridir. Deməli, Cənubi Qafqazda istər Qərbin, istərsə də Rusiyanın digəri üzərində üstünlük əldə etməsi üçün mütləq şəkildə Türkiyə ilə ittifaq vacibdir. Bu isə onu deməyə əsas verir ki, yaxın həftələr ərzində Vaşinqton-Ankara və Brussel-Ankara xətti üzrə münasibətlərin inkişafına istiqamətlənən addımların atılacağı gözləniləndir. Təbii ki, həm Kreml, həm də Ağ Ev üçün Türkiyə ilə münasibətlərin daha da inkişaf etdirilməsi labüdlüyü avtomatik olaraq Qarabağ ətrafında Rusiya və ABŞ-ın Azərbaycanın maraqlarını nəzərə almasına gətirib çıxaracaq. Heç kimə sirr deyil ki, ən azı son 102 il ərzində “erməni məsələsi” geosiyasi rəqabətlər və maraqların qarşıdurması kontekstində regional siyasətdə özünəməxsus yerə malik idi. 44 günlük müharibənin nəticəsində Azərbaycanın torpaqları işğaldan azad etməsi ilə bölgədə yeni geosiyasi münasibətlər formalaşmaqdadır ki, yeni nizamda Qafqazda on illər ərzində ermənilərin əli ilə ABŞ, Rusiya, Fransa və bəzi digər aktorların öz dövlət maraqlarını həyata keçirməsinə son qoyuldu. Əvəzində, indi bölgədə maraqlarının reallaşmasını və nəzərə alınmasını istəyən bütün qüvvələr rəsmi Bakının vasitəsilə güc əldə edə bilər.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,
Bakı Politoloqlar Klubunun sədri
Zaur Məmmədov