Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru Arif Əfəndi, aparıcı elmi işçisi Lyudmila Kojarova, böyük elmi işçiləri Adilə Əliyeva, Elmir Babayev və doktorant Lalə Məhərrəmovanın həmmüəllif olduqları məqalə “Web of Science” və“Scopus” beynəlxalq bazalarına daxil olan jurnalda dərc olunub.
Məqalədə bimetallik katalizatorların – sirkonium vanadium, molibden və dəmir ilə ərintilərinin katalitik xüsusiyyətləri metanolun oksidləşdirici dehidrogenləşməsi reaksiyasında tədqiqinin nəticələri verilib. Katalizatorun aktiv səthinin əmələgəlmə şərtləri müəyyən edilib, bimetalik katalizatorların iştirakında metanolun formaldehid, dimetil efiri və dimetoksimetana çevrilməsi prosesi öyrənilib. Katalizatorların fiziki-kimyəvi parametrləri tədqiq edilib və göstərilib ki, katalizator nümunələrin aktivliyi О₂ + Н₂ ilə işləndikdən sonra artır, bu da ərintilərin aktiv komponentlərinin (V, Mo) katalizatorların səthində ayrılması və onların katalitik şəraitdə optimal oksidləşmə vəziyyətinin yaranması ilə əlaqədardır.
Qeyd edək ki, metanolun bimetallik katalizatorlar iştirakında katalitik çevrilmə prosesindən alınan maddələr alternativ yanacaq məhsulları kimi tətbiq olunur.

Tehsil-press.az



Oxşar xəbərlər