“Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda elmi seminar

“Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda elmi seminar Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Britaniya arxivlərində gizlənən xəzinə: Gibb kolleksiyasında Azərbaycan əlyazmaları” mövzusunda elmi seminar keçirilib.
Departamentin müəllimi dosent Xatirə Yusifovanın moderatorluğu ilə təşkil olunan seminarda Türkiyənin Ankara Sosial Elmlər Universitetinin Türk Dili və Ədəbiyyatı Bölümünün dosenti Nagihan Gur əlyazmaların oxunma texnikası, Gibb kolleksiyasında azərbaycanlı, Osmanlı, İran, ərəb müəlliflərin əlyazmaları və XIX əsrin əvvəllərində Almaniyada Nizami Gəncəviyə həsr olunmuş monoqrafiyanın təqdimatı barədə məruzə edib. Məruzəçi bildirib ki, dünyaya səpələnmiş əlyazma və daşbasmalar, klassiklərin kəlamı, həyat yolu, möhtəşəm irsi fərqli yanaşmalarla araşdırılsa da, bütün bunlar ümmanda damlalar kimidir. Hələ də əlyazmaların tamlıqla, hərtərəfli tədqiq edildiyini söyləmək mümkün deyil.
Nagihan Gur Britaniya arxivlərində hələ də tədqiqatını gözləyən Azərbaycan əlyazmaları olduğunu xüsusi vurğulayıb.
Sonda məruzəçi seminar iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər