Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb.
Təlimlər Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzi tərəfindən təşkil olunur. Məqsəd UNEC-də tədqiqatçılara Ermənistan mətbuatını mütəmadi izləmək, bu ölkənin mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək, həmçinin bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, eləcə də analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdır.
Təlim kurslarının 6 ay davam etdirilməsi nəzərdə tutulub.
Tehsil-press.az