Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ərəb Dili Gününə həsr olunan tədbir keçirilib.
İnstitutun Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradovun moderatorluğu ilə təşkil olunan tədbirdə Ayn Şəms Universitetinin dosenti Əhməd Sami Elaydi dillərin öyrənilməsində vacib məsələlərdən birinin dinləmək olduğunu deyib.
Mütəxəssis dil biliklərinin təkmilləşdirilməsində təcrübələrini tələbələrlə bölüşüb.
Sonra ərəb dilinə aid məruzələr təqdim olunub. Dosent İlkin Əlimuradov “Ali təhsil müəssisələrində ərəb dilinin tədrisi: təcrübə və problemlər” mövzusunda məruzə edib. O, ərəb dilinin milli irsimizin araşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Ölkəmizdə istər ərəbdilli, istərsə də ərəb hərfləri ilə yazılmış xeyli sayda əlyazmanın, dini-mədəni abidələrin olduğunu diqqətə çatdıran İ.Əlimuradov bildirib ki, milli irsin öyrənilməsində ərəb dilinin rolu müstəsnadır.
İ.Əlimuradov ərəb dilinin dini elmlərin, xüsusilə də İslam ilahiyyatının öyrənilməsindəki müstəsna rolundan bəhs edərək, Azərbaycan İlahiyyat İnstitutunda bu dilin tədrisinə xüsusi diqqət göstərildiyini söyləyib.
Dillər və ictimai fənlər kafedrasının müəllimi dosent Məmmədəli Babaşlı “Ərəb dilində danışıq etikası və mədəni nitq etiketləri” mövzusunda məruzəsində bildirib ki, etika insanların bir-birinə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışığı və əxlaq normalarını ehtiva edir. Məruzəçi ərəb dilində danışıq etikası və mədəni nitq etiketlərinin işlənmə məqamlarını sadalayaraq fikrinə misallarla aydınlıq gətirib.
Kafedranın müəllimi dosent Lalə Əliquliyeva “Ərəb dili - Quran dili” mövzusunda çıxış edib. O, ərəb dilində nazil olan Qurani-Kərimdə dilin bütün normalarının mükəmməl formada ehtiva olunduğunu diqqətə çatdırıb.
Həmin kafedranın müəllimi dosent Elvüsal Məmmədov “Qurani-Kərimdə ecazkarlıq məsələsinə fərqli baxışlar” mövzusundakı çıxışında bu istiqamətdə alimlərin tədqiqatları haqqında geniş məlumat verib. O bildirib ki, Qurani-Kərimin ecazkarlığının onun estetikasında olduğunu düşünənlər bildirir ki, kitab fikrin izahı baxımından möcüzədir. İkincilər bildirir ki, ecazkarlıq fikrin ifadəsi baxımından möcüzədir. Qurani-Kərimi sonradan kəşf edilən təbiət həqiqətlərini özündə ehtiva etdiyi üçün elmi möcüzə adlandıranlar da vardır.
Sonra kafedranın müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Əmir Kahayevin “İlkin İslam dövründə ünsiyyət dilindən ilahi dilə keçən kəlmələr” mövzusunda məruzəsi dinlənilib.
Tehsil-press.az