ADU-nun Konfutsi İnstitutu tələbələri “İlin heroqlifi” müsabiqəsinə dəvət edir

ADU-nun Konfutsi İnstitutu tələbələri “İlin heroqlifi” müsabiqəsinə dəvət edir Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu çinşünas tələbələri və Çin dili kurslarının dinləyicilərini “İlin heroqlifi” tarixi-linqvistik müsabiqəsinə dəvət edir.
Müsabiqə Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunub. Müsabiqə iştirakçıları Azərbaycan-Çin münasibətlərinin 30 illik tarixindən bir və ya bir neçə il üçün “İlin heroqlifi”ni seçməlidirlər. “İlin heroqlifi” müvafiq ilin Azərbaycan-Çin münasibətləri tarixində ən mühüm hadisəni xarakterizə etməlidir. Seçilmiş “İlin heroqlifi” tarixi hadisə haqqında izahlı mətnlə martın 20-dək [email protected] elektron poçt ünvanında qəbul edilir.
Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin məqsədi tələbələrin Çin dilinə və Azərbaycanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixinə maraqlarını dəstəkləməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər