Peşə Təhsili üzrə Dövlət Agentliyi: Şəbəkə inzibatçısı istiqaməti üzrə təlimlər davam edir

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Şəbəkə inzibatçısı istiqaməti üzrə təlimlər davam edir Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan şəbəkə inzibatçısı istiqaməti üzrə təlimlər davam edir.
Təlim iştirakçıları şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, “İP rutinq” və “Lan sviçinq” texnologiyası haqqında biliklər qazanır. Onlara əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı yaradılır.

Tehsil-press.az


Oxşar xəbərlər