Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin rektoru akademik Kamal Abdulla Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb: “Biz şəhidlərimizi heç zaman unutmayacağıq. Xocalı faciəsi Azərbaycan tarixinə qanla yazılmış səhifələrdən biridir. Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə siyasi qiymət verildi. 44 gün davam edən Zəfər savaşında Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edə bildi. Bu gün Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir”.
Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, faciə qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını deyən Namiq Əsədov ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusi qeyd edib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Xocalı faciəsi: səbəb və nəticələri” mövzusunda çıxış edib: “Ermənilərin şovinist siyasətinin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. Azərbaycan toponimlərini dəyişmək, münbit əraziləri ələ keçirmək, azərbaycanlıları doğma yurdlarında sıxışdırmaq şovinist erməni xislətinin əsas əlamətləridir. Onlar əsasən keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli hesab edib və müəyyən təxribatlar, ağır cinayətlər törədiblər”.
Regionşünaslıq kafedrasının dosenti Bəhmən Əliyev “Xocalı faciəsi: tarixi gerçəkliklər və həqiqətlər” mövzusunda çıxış edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edərkən ermənilərin Qarabağa olan iddialarının qarşısını qətiyyətlə alırdı. Müdrik siyasəti, qabaqlayıcı tədbirləri, Qarabağda gördüyü abadlıq-quruculuq işləri və mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını alt-üst edirdi. Faciənin nəticələrindən belə qənaətə gəlmək olur ki, burada ermənilərin əsas məqsədi Xocalını yer üzündən silmək olub. Bu vəhşi əməliyyatda ermənilərlə yanaşı, Xankəndidəki 366-cı alayın 3 batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da yaxından iştirak ediblər. Hadisənin təşkilatçıları və ümumiyyətlə, birbaşa Xocalı soyqırımını törədənlər Robert Koçaryan, Serj Sarkisyan və digərləri olublar. Bu cinayətkarlar, əlləri minlərlə dinc azərbaycanlının qanına bulaşmış qatillər uzun illər Ermənistana rəhbərlik ediblər.
Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva “Xocalı soyqırımının xarici mətbuatda əks-sədası” mövzusunda çıxış edib. Bildirilib ki, dünya mediasında Xocalı faciəsi ilə bağlı silsilə yazılar, süjetlər hazırlanıb, baş vermiş soyqırımına ədalət çağırışları olub. İndi də bu istiqamətdə tutarlı faktlardan və dəlillərdən istifadə olunmaqla dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırılır.
Tədbirdə Xocalıdan olan şəhid ailələri də iştirak ediblər.
Təhsil 1 fakültəsinin tələbəsi Sevinc Eyvazova “Xocalı faciəsi” adlı şeir söyləyib, Filologiya fakültəsinin tələbəsi Nəzrin Hüseynzadə “Xocalı faciəsi qan yaddaşımızda” mövzusunda çıxış edib.
Sonda Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışlarını əks etdirən videoçarx təqdim olunub.
Tehsil-press.az