Təhsil İnstitutunun rəhbərliyi Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
İnstitutun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb, son illərdə təhsil sahəsində aparılan islahatların səmərəliliyini vurğulayıb. O, həmçinin beynəlxalq qiymətləndirmə sistemindəki nailiyyətlərdən danışıb, eləcə də son 3-4 ildə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının əhəmiyyətli dərəcədə artdığını qeyd edib. R.Əzizov MİQ müsabiqəsi və yerdəyişməsi, həmçinin sertifikasiya prosesində edilən dəyişikliklər mövzusuna da toxunub. Bundan başqa, dərsliklərlə bağlı müəyyən məsələlər müzakirə olunub.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova fəaliyyət göstərdiyi qurumun əsas işinin monitorinq aparmaq, təkliflər hazırlamaq, bir növ nəzarət funksiyası yerinə yetirmək olduğunu və Təhsil İnstitutu ilə müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüş zamanı hər iki qurum arasında əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyi qeyd olunub.
Sonda qarşılıqlı əlaqələrin daha da sıx olmasını təmin etmək üçün nümayəndələr ayrılıb və yaxın zamanlarda birgə fəaliyyət planının hazırlanması qərara alınıb.
Tehsil-press.az