Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət “Şuşa İli - Şuşa zəfəri” adlı sərgi təşkil olunub.
Sərgini giriş sözü ilə açan universitetin rektoru professor Ceyran Mahmudova yaradıcılıq yönümlü ali təhsil müəssisəsinin əlilliyi olan istedadlı şəxslərin əl işlərindən ibarət sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. Rektor belə sərgilərin əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının genişləndirilməsi, istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu vurğulayıb.
Agentliyin sədri Vüqar Behbudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edildiyini diqqətə çatdırıb. O, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və yaradıcılıq potensialının dəstəklənməsi üçün agentlik tərəfindən müxtəlif mövzulu tədbir və onların əl işlərindən ibarət satış-sərgiləri təşkil edildiyini bildirib.
Qeyd edilib ki, Peşə-Əmək Reabilitasiyası Mərkəzində 15-29 yaş qrupu üzrə əlilliyi olan şəxslərə peşə hazırlığı və peşə reabilitasiyası keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur. Mərkəzə 2 min 200 nəfər əlilliyi olan şəxs qəbul edilib. Onların arasında Vətən müharibəsi qaziləri də var.
Sərgidə mərkəzdə müxtəlif peşələrə yiyələnən 14 nəfərin “Zəfər”, “Şuşa”, “Azərbaycan tarixi” və “Novruz” və digər mövzu-bölmələr üzrə 500-ə yaxın əl işi nümayiş olunur.
Bildirilib ki, bu il Xaçmaz rayonunda Peşə-Əmək Reabilitasiyası Mərkəzinin filialının, eləcə də agentliyin 10 müəssisəsində sosial reabilitasiya kabinetlərinin yaradılması nəzərdə tutulub. Bu kabinetlərdə 20-yə yaxın terapiya (musiqi, rəqs, əmək, film, landşaft, səhnə-nağıl, məişət və s. terapiyalar) növü vasitəsilə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə iş aparılacaq.
ADMİU-nun prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva çıxışında bildirib ki, bu sərgi ötən ilin dekabrında universitetlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında təşkil edilib və bu cür tədbirlərin davamlılığı planlaşdırılır.
Açılış tədbirində çıxış edən ADMİU-nun prorektoru Gülşən Əliyeva-Kəngərli, Muzeyşünaslıq kafedrasının müdiri Yeganə Eyvazova, Vətən müharibəsi qaziləri, sərgidə əsərləri nümayiş olunan müəlliflərdən Qəhrəman Şükürlü, Samid Xudadlı, “Davam” Gənclər Hərəkatı Vətənpərvərlik klubunun sədr müavini Şahin Əliyev və başqaları yüksək səviyyədə hazırlanan sərgiyə görə hər iki tərəfə öz təşəkkürlərini bildirib, bu cür layihələrin önəmini vurğulayıblar.
Sərgidə agentliyin nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və jurnalistlər iştirak ediblər. Nümayiş olunan əsərlər izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tehsil-press.az