BDU-da ustad dərsi: Rus dili dərslərində texniki vasitələrdən istifadə

BDU-da ustad dərsi: Rus dili dərslərində texniki vasitələrdən istifadə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Rus dili dərslərində texniki vasitələrdən istifadə” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsində Rus dili (humanitar fakültələr üzrə) kafedrasının dosenti Həyat Tağıyevanın mövzu üzrə məruzəsi dinlənilib.
Məruzədə diqqətə çatdırılıb ki, müasir dövrdə linqvodidaktikanın aktuallığı dərs prosesində texniki vəsaitlərin tətbiqi ilə bağlıdır. Tədris prosesində müəllimin əsas məqsədi tələbələrin marağını fənnə cəlb etmək, rus dilini öyrənmək həvəsini artırmaq, dil biliklərini zənginləşdirmək, onları savadlı şəxsiyyət kimi formalaşdırmaq, dünyagörüşlərini genişləndirmək, gənc nəsildə başqa dillərə rəğbət aşılamaqdır.
H.Tağıyeva qeyd edib ki, müasir informasiya texnologiyalarının tədris prosesinə tətbiqi təlim prosesini fəallaşdırmağa, dərsin tempini yüksəltməyə, tələbələrin müstəqil işlərinin həcmini artırmağa imkan verir. Rus dilinin xarici dil kimi tədrisi prosesində kompüter və elektron lövhə kimi əyani vasitələrdən istifadə edilməsi, habelə “Workspase” proqramı vizual öyrənmə dairəsini genişləndirməyə şərait yaradır.
Ustad dərsində tələbələr “Heydər Əliyev”, “Lev Tolstoy”, “Sergey Yesenin”, “Novruz bayramı” və “Bakı Dövlət Universiteti” mövzularında təqdimatlar nümayiş etdiriblər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər