"I Gənc hakimlər müsabiqəsi"nin final mərhələsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və DİA Hüquq Klubunun təşkilatçılığı ilə Bakı Apellyasiya Məhkəməsində "I Gənc hakimlər müsabiqəsi"nin final mərhələsi keçirilib.
Tədbir Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının dəstəyi ilə təşkil olunub.
Final mərhələsində ümumilikdə DİA-dan bir, Bakı Dövlət Universitetindən (BDU) iki komanda yarışıb. Hər iki universitetinin hüquq tələbələrinin çıxışlarını təcrübəli vəkillər dəyərləndirib.
İclasın gedişi müxtəlif meyarlar üzrə: qanunun tətbiqi, qərəzsizlik, etika, prosessual normaların tətbiqi, prosesin idarə edilməsi və s. istiqamətlər üzrə qiymətləndirilib.
"I Gənc hakimlər müsabiqəsi"nin qalibi Dövlət İdarəçilik Akademiyasının tələbələri Zəmilə Abdullayeva və Nərmin Əhmədli olub. Bakı Dövlət Universitetinin tələbələri Emil Xanalıyev və Aqşin İsgəndərzadə 2-ci yerə, Sevinc Sarıyeva və Leyla Əliyeva isə 3-cü yerə layiq görülüb.
Sonda final mərhələsində iştirak edən tələbələrə sertifikat və digər mükafatlar təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər