UNEC nümayəndələrinin Bakı və region səfərləri davam edir

UNEC nümayəndələrinin Bakı və region səfərləri davam edir Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) regionlarda tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə növbəti səfər Ağcabədi, Ağdaş, Qəbələ, Xaçmaz, Qusar rayonlarında və Bakıda təşkil olunub.
Nümayəndələr şəhər və rayonların orta məktəblərində, Humanitar fənlər təmayüllü məktəb-liseydə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində olublar.
Görüşdə UNEC və onun fəaliyyəti barədə məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.

Tehsil-press.az


Oxşar xəbərlər