İnformasiya Texnologiyaları İnstitutunda magistrantlar imtahan veriblər

İnformasiya Texnologiyaları İnstitutunda magistrantlar imtahan veriblər AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantları informasiya mühafizəsi və təhlükəsizliyi, informasiya texnologiyaları və telekommunikasiya sistemləri, eləcə də kompüter elmləri ixtisasları üzrə imtahan veriblər.
İmtahanda 7 magistrant öz biliyini sınayıb. Növbəti imtahanların isə iyunun 28-də, iyulun 1-də və 5-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yay imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılıb.

Tehsil-press.az



Oxşar xəbərlər