Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Zərərli vərdişlərlə mübarizədə Qurani-Kərimin təqdim etdiyi həll yolu” mövzusunda seminar keçirilib.
Dillər və ictimai fənlər kafedrasının müəllimi dosent Elvüsal Məmmədov çıxışında zərərli vərdişlərin getdikcə artan təhlükəsinə toxunub, Qurani-Kərimin bu problemin həllində təqdim etdiyi çıxış yollarından danışıb. O qeyd edib ki, mücərrəd nəzəri biliklər əsasında problemi həll etmək mümkün deyildir. Quran ayələrində isə bu cür məsələlərə kompleks baxış mövcuddur, çünki natamam və məhdud yanaşma səmərə vermir: “Əlaqədar ayələrin təhlili göstərir ki, zərərli vərdişlərlə mübarizədə Quran nöqteyi-nəzərindən maarifləndirmə, yaxşı ilə pisin müqayisəsi, məhdudlaşdırma və qadağa ardıcıllığını əsas götürür. Bu baxımdan, Qurani-Kərimin zərərli vərdişlərlə mübarizə üsuluna tədricilik, ardıcıllıq və mərhələlilik xasdır”.
E.Məmmədov vurğulayıb ki, Quran bu cür vərdişlərin inzibati, yaxud mexaniki formada qadağan edilməsinə deyil, onlardan qənaətbəxş inandırma ilə meydana gələn daxili istək əsasında imtina prinsipinə üstünlük verir.
Seminar müzakirələrlə davam edib.
Tehsil-press.az