AzMİU əməkdaşları İspaniyada tərəfdaş universitet nümayəndələri ilə işgüzar görüşlər keçiriblər

AzMİU əməkdaşları İspaniyada tərəfdaş universitet nümayəndələri ilə işgüzar görüşlər keçiriblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları - Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova və şöbənin böyük mütəxəssisi Arzu Vəlizadə Avropa İttifaqının tələbə, professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına yönələn “Erasmus+KA1” proqramı çərçivəsində İspaniyanın Koruna Universitetində olublar.
Onlar tərəfdaş Koruna Universitetinin maddi-texniki bazası, laboratoriyaları, tədris prosesi ilə yanaşı, beynəlmiləlləşmə strategiyası, fəaliyyət sahələri və iş prinsipləri ilə tanış olublar.
Proqramda iştirak edən 10-dan çox ölkənin müxtəlif profilli universitetlərinin əməkdaşları ilə görüşlər təşkil olunub. AzMİU-nun profilinə uyğun olaraq, Almaniya, Avstriya, İtaliya, Türkiyə, Polşa və Albaniyanın universitetləri ilə əməkdaşlığın qurulması istiqamətində dəyirmi masa arxasında danışıqlar aparılıb. Səmərəli və işgüzar mühitdə keçirilən görüşlərdə Koruna Universitetinin rəhbər şəxsləri ilə ikili diplom proqramında təhsil haqqının azaldılması və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər