“Sənaye tətbiqli idarəetmə və optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) (COIA – 2022) mövzusunda 8-ci beynəlxalq elmi konfransın Bakı Dövlət Universitetində keçirilən “Şəbəkə və telekommunikasiyalar” seksiyasında İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun “Neft-qaz sənayesində fog computing texnologiyalarının tətbiqi və kibertəhlükəsizlik problemlərinin analizi” adlı məruzəsi dinlənilib.
Verilənlərin operativ idarə olunmasının neft və qaz sənayesinin inkişafına təsir edən mühüm istiqamətlərdən biri olduğunu söyləyən məruzəçi öncə “cloud computing” (bulud hesablama) və “fog computing” (duman hesablama) haqqında məlumat verib.
M.Həşimov “fog computing” texnologiyasının kibertəhlükəsizlik problemlərindən də söhbət açıb. Bu texnologiyalarda məxfilik problemlərindən bəhs edən məruzəçi bildirib ki, istifadəçi məlumatlarının duman qovşaqları vasitəsilə toplanması, işlənməsi və ötürülməsi zamanı duman hesablama texnologiyalarında məxfilik bir çox cəhətdən narahatlıq doğurur. Duman qovşaqları həssas məlumatları toplamaq üçün son istifadəçilərə daha yaxın olduğundan məxfi məlumatların qorunması daha çətindir. “Fog computing” mühitində məlumatların kiberhücumlardan qorunması üçün avtorizasiya və autentifikasiya, hiylə metodu, blokçeyn texnologiyası, müdaxilələrin aşkarlanması sistemi, effektiv şifrələmə metodları kimi mövcud mühafizə üsullarından istifadə edilir.
Tehsil-press.az