Məktəblilər ADU-nun tərəfdaş olduğu beynəlxalq təhsil proqramı üzrə Almaniyada təhsil alacaqlar

Məktəblilər ADU-nun tərəfdaş olduğu beynəlxalq təhsil proqramı üzrə Almaniyada təhsil alacaqlar Azərbaycan Dillər Universiteti (ADU) ilə “F + U” Dillər Akademiyası (Heydelberq, Almaniya) və İSBA Almaniya Kooperativ Təhsil Universitetinin Beynəlxalq biznes idarəçiliyi fakültəsi arasında keçən il əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən, 2021-ci il dekabrın 6-da ADU-da ölkəmizin müxtəlif orta məktəblərinin 11-ci sinfində təhsil alan məktəblilər üçün hazırlıq kursu fəaliyyətə başlayıb və bu il avqustun 25-də başa çatıb.
Kursda iştirak edən üç məktəbli yazılı və şifahi olmaqla dörd dəfə imtahan verib. İmtahanlara “F+U” Akademiyası və İSBA Almaniya Kooperativ Təhsil Universitetindən onlayn olaraq professorlar, ADU-nun Xarici dillər kafedrasının müdiri dosent Aida Sobor və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dosenti Qönçə Əbdülrəhimova nəzarət ediblər.
Məktəblilər imtahanlarda alman dili üzrə yüksək nəticə göstəriblər. İmtahanlardan uğurla keçən məktəblilər İSBA Almaniya Kooperativ Təhsil Universitetinin Beynəlxalq biznes idarəçiliyi fakültəsinə qəbul olunublar. Onlar, eyni zamanda, Almaniyada işlə təmin ediliblər.
İkitərəfli müqaviləyə əsasən növbəti hazırlıq kursu 2023-cü ildə yenidən fəaliyyətə başlayacaq. Qeyd edək ki, qəbul üçün B1 səviyyəsində alman dili tələb olunur.
Müraciət üçün 050-330-48-42, 012-564-22-47 telefon nömrələri və [email protected] emaili ilə əlaqə saxlaya bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər