ADU-da beynəlxalq imtahanlar üçün qeydiyyat aparılır

ADU-da beynəlxalq imtahanlar üçün qeydiyyat aparılır Noyabrın 3-dək Azərbaycan Dillər Universitetinin (ADU) ECL İmtahan Mərkəzində alman dilinin B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat aparılacaq.
İmtahanlar Təhsil 2 fakültəsinin nəzdində Xarici dillər kafedrasının müdiri dosent Aida Sobor və Beynəlxalq münasibətlər fakültəsinin nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.
İmtahanlardan uğurla keçən şəxslər beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər