AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasda Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclasa sədrlik edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamının elmin qarşısında mühüm vəzifələr qoyduğunu söyləyib. O, ölkə Prezidentinin iyulun 28-də imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanın da qeyd olunan Strategiyadan irəli gəldiyini bildirib. Gövhər Baxşəliyeva Fərmanın respublikamızda elmin inkişafını stimullaşdıracağını, elmlə təhsilin inteqrasiyasını sürətləndirəcəyini deyib, onun xalqımızın köklü mənafeyindən irəli gəldiyini vurğulayıb.
Şərqşünas alimlərin bu Fərmana uyğun olaraq, səmərəli fəaliyyətlərini daha da artıracaqlarına əminliyini bildirən akademik G.Baxşəliyeva Elmi şuranın iclasında müzakirəyə çıxarılan məsələlərin də institut əməkdaşlarının bu istiqamətdə fəal olduqlarının göstəricisi olduğunu deyib.
Elmi şurada institutun elmlər və fəlsəfə doktorluğu üzrə doktorant və dissertantlarının dissertasiya mövzuları müzakirə olunaraq təsdiqlənib. Elmlər doktorluğu üzrə Elnur Mustafayevin “Azərbaycan din və ictimai fikir tarixinin inkişaf mərhələləri (epiqrafik abidələr əsasında)”, Dürdanə Cəfərlinin “İslam hüququnda İrəvanilər məktəbi”, Lamiyə Hüseynovanın “Orta əsrlər ərəb antologiyalarının ərəb yazılı ənənələrinin formalaşmasında rolu (VIII-XI əsrlər)”, fəlsəfə doktorluğu üzrə Afaq Nərimanovanın “XX əsr rus şərqşünaslığında şərq ədəbiyyatının öyrənilməsi (ərəb və yapon ədəbiyyatı nümunələrinin əsasında)”, Nurlan Abbasovun “Zəngəzur dəhlizinin Avropa və Asiya arasındakı iqtisadi əlaqələrin inkişafına və Azərbaycan iqtisadiyyatına təsiri imkanları” dissertasiya mövzuları müzakirə edilib.
Elmi şuranın iclasında əməkdaşların çapa təqdim olunmaq üçün 5 kitabının müzakirəsi də aparılıb.
Akademik Gövhər Baxşəliyeva ötən il rus dilində nəşr olunmuş “Etniçeskaya identiçnost Nizami Qyandjavi” kitabı bu dəfə ingilis dilinə tərcümədə (“Ethnic Identity of Nizami Ganjavi”) çap üçün müzakirəyə təqdim edib.
İclasda, həmçinin bir sıra əsərlərin çapa təqdim etmək üçün müzakirəsi aparılıb.
Tehsil-press.az